Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Hizbullah yeni rəhbərlik formalaşdırır – İsrail müharibəsindən sonra nələr dəyişir?

    5 Mart 2025 05:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrail ilə atəşkəsin qüvvəyə minməsindən üç aydan çox vaxt keçdikdən sonra, "Hizbullah" rəhbərliyi ilk dəfə texniki və insan resursları ilə bağlı zəifliklərini etiraf edib. Bu zəifliklər, təşkilatın mühüm itkilər verməsinə, "Peycer əməliyyatı"nın uğuruna və 4700 döyüşçü və rəhbərin öldürülməsinə səbəb olub.

    "Hizbullah"ın sərhəd və resurslar üzrə məsul şəxsi Nəvaf Musəvi, bir televiziya müsahibəsində bildirib ki, “Düşmənin uğuru ağıllı strategiyaya deyil, bizim zəifliklərimizə və bəzən laqeydliyimizə bağlıdır”.

    Musəvi əlavə edib ki, "Hizbullah", zəif cəhətlərini aradan qaldıraraq, texniki və insan resursları ilə bağlı sızmaları aradan qaldırsa, İsrailə ciddi zərbələr endirə bilər". O, mövcud zəifliklərin hələ də çox olduğunu vurğulayıb.

    Müxtəlif Fikirlər: Təşkilati Strukturların Bərpası

    Musəvinin açıqlamaları, "Hizbullah" deputatı Əli Müqəddədin təşkilatın bərpa prosesini tamamlamağa yaxın olduğu barədə verdiyi bəyanatdan saatlar sonra gəlib. Müqəddəd qeyd edib ki, təşkilatın struktur islahatları və təşkilati bərpası yekunlaşıb.

    Siyasi təhlilçi Qasım Qasir, "Hizbullah"ın təşkilati və siyasi strukturunu yenidən qurduğunu, yeni vəzifə bölgüləri apardığını və bəzi məsul şəxsləri təyin etdiyini bildirib. "Hizbullah" hazırda daxili vəziyyəti qiymətləndirir və yenidən qurulma mərhələsindədir. Onların prioritetləri arasında dövlətin rolunu gözləmək, təşkilati strukturu gücləndirmək, infrastruktur bərpa işlərini həyata keçirmək və bələdiyyə, parlament seçkilərinə hazırlıq var". - deyə o bildirib.

    Liderlik Boşluqları və Təhlükəsizlik Problemləri

    Bununla belə, "Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi"nin rəhbəri, istefada olan general Hişam Cabir, "Hizbullah"ın hələ tam gücünə qayıtmadığını, lakin bu prosesi davam etdirdiyini deyib.

    O bildirib ki, təşkilat yeni lider və Şuranın tərkibini tam formalaşdırmayıb, əsasən, döyüş meydanında fəaliyyət göstərən komandirləri təyin edib. Bununla belə, "Hizbullah" qüvvələrinin 90%-nin hələ də aktiv olduğu və silah ehtiyatının kifayət qədər olduğu vurğulanır.

    Cabir əlavə edib ki, "Hizbullah" daxilində baş verən sızmalar və casusluq halları ilə bağlı hələ heç bir rəsmi məlumat paylaşılmayıb və bu məsələlər üzrə istintaq davam edir. O qeyd edib ki, nəticələr açıqlanmadan, təşkilatın bu təhlükəsizlik sızmalarına qarşı tədbirlər gördüyünü demək mümkün deyil.

    Cabir onu da vurğulayıb ki, "Hizbullah"ın yenidən təşkilatlanması mütləq şəkildə İsrailə qarşı yeni müharibə demək deyil, çünki bu addım Livan dövlətinin razılığı olmadan mümkün deyil.

    Ötən ay, "Hizbullah" İsrail tərəfindən qətlə yetirilmiş və ya son müharibədə həlak olmuş komandirlərinin fotolarını yayımlayıb. Bu fotolarda, həmçinin təşkilatın əvvəlki və sabiq baş katibləri Həsən Nəsrullah və Haşim Səfiəddin də yer alıb.

    Təhlükəsizlik və Hərbi İnfrastrukturun Taleyi

    Siyasi ekspert və "Cənubiyyə" xəbər portalının baş redaktoru Əli Əmin, İsrailin "Hizbullah"a qarşı müharibəsinin təşkilat üçün ölümcül olduğunu və onun əvvəlki gücünə qayıtmasının çətin olduğunu qeyd edib.

    Əmin bildirib ki, "Hizbullah"ın təhlükəsizlik və hərbi infrastrukturu ciddi şəkildə zərbə alıb. Xüsusilə, liderlərinin ölümü, məxfi məlumatlarının ifşa olunması və silah ehtiyatının məhv edilməsi təşkilata ağır zərbə vurub.

    O vurğulayıb ki, təşkilatın yeni liderləri təyin etməsi çətin deyil, lakin əvvəlki güc və təsirini bərpa etməsi çətin olacaq. İsrailin davamlı hücumları və "Hizbullah"ın Livan dövlətinin nəzarətindən çıxmamaq siyasəti səbəbindən təşkilat müdafiə mövqeyində qalmağa məcbur olub.

    Əmin bu durumu belə yekunlaşdırıb:
    "Hizbullah əvvəllər özünü Yaxın Şərqin əsas siyasi oyunçusu kimi təqdim edirdi. İndi isə o, Livan dövlətinin qaydalarına uyğun hərəkət etməyə məcburdur."

    #Hizbullah #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #İsrail və Hizbullah müharibəsi #Hizbullah və İsrail döyüşləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

    23 Noyabr 2025 20:04

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28

    Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

    14 Noyabr 2025 12:45

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    “Hizbullah” Livan–İsrail danışıqlarına razıdırmı? Rəsmi mövqe hələ açıqlanmayıb

    4 Noyabr 2025 09:00

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17
    Demo
    XƏBƏR LENTİ

    Antonio Quterreş İraqa səfər edib

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.