Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Nəhayət ki, Hizbullah Livan cəmiyyətindən təcrid olunur

    8 Fevral 2025 21:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hizbullah, ABŞ-ın yeni təyin olunmuş baş nazir Nüvaf Salamın tərtib etdiyi Livan hökumətində iştirakına dair qəti rədd cavabından sonra küncə sıxışmış vəziyyətdədir. İranın dəstəklədiyi partiyanın bu vəziyyətlə necə başa çıxacağı hələ aydın deyil; partiya daxildə gərginliyi artırmağa cəsarət edəcəkmi, yoxsa mövcud reallıqla barışacaqmı?
    Livanlılar, 7 may 2008-ci il ssenarisinin təkrarlanmasından qorxurlar, həmin vaxt Hizbullah, silahlı nümayişlər vasitəsilə siyasi rəqiblərini qorxutmuş və bunun nəticəsindədə onlarla dinc insan ölmüşdü. Hizbullah adəti üzrə onun əleyhinə çıxış edənləri “İsrail agenti” adlandırmışdı.

    Amerikalı rəsmisi Morgan Ortagusun Beyruta səfəri, Livan ordusunun komandanı Cozef Aunun ölkə prezidenti seçilməsindən bir ay sonra baş tutdu. Təbii ki, İSrial ilə müharibə Hizbullahı zəiflətdi və onu ölkənin əsas siyasi və hərbi gücü kimi görən dövrün sonuna gətirdi.

    Amerikalı rəsmi, Livan prezidenti Cozef Aun ilə görüşündən sonra, mətbuatın sorğusuna cavab olaraq, Hizbullahın növbəti hökumətdəki rolu ilə bağlı “Biz ABŞ olaraq, onları Livan xalqını qorxutmağa, o cümlədən növbəti hökumətə qatılmaqlarının qəti əleyhinəyik. Bu bizim qırmızı xətdimizdir. Həm Livanda həm də dünyada Hizbullahın terror əsdirməsi bitib.”-deyib.
    Ortagus, cümə günü Beyruta gəldikdən sonra, Prezident Donald Trampın idarəsi dövründə ilk xarici səfərini edərək, İsrailin Hizbullahı "məhv etdiyini" düşündüyünü də qeyd edib.

    "Biz İsrailə, Hizbullahı məğlub etdiyinə görə minnətdarıq, İran Hizbullahın əsas dəstəkçisi idi”-deyə Ortagus əlavə edib. Ortagusun bəyanatları Livanda hizbullah aşiqləri arasında ciddi təşvişə səbəb olub.

    Daha sonra Livan prezidentliyi qısa bir bəyanat yayaraq, Ortagusun prezidentlik sarayında söylədiyi "bəzi ifadələrin" onun şəxsi mövqeyini əks etdirdiyini və prezidentliyin bu məsələyə qarışmadığını bildirdi, amma hansı açıqlamaların nəzərdə tutulduğu qeyd edilmədi.

    Hizbullah, Ortagusun açıqlamalarını pislədi. Qrupun parlamentdəki nümayəndə heyətinin rəhbəri Məhəmməd Raad, açıqlamasında "Bu, Livan suverenliyinə kobud müdaxilə və diplomatik etikadan kənara çıxmadır," dedi.

    O, Ortagusun sözlərini "məsuliyyətsiz və Livan siyasi həyatının bir hissəsi olan milli komponentə qarşı təhqir" kimi qiymətləndirdi.

    Cümə axşamı günü bir qrup qəzəbli gənc, Beyrutdakı Rafiq Hariri hava limanının girişində toplandı və onların bir qismi Hizbullahın sarı bayraqlarını qaldıraraq. Adəti üzrə İsrail və ABŞ bayraqları yandırıldı.Başqaları isə hava limanına gedən yolda təkərləri yandırmağa başladılar.

    Sosial media platformalarında istifadəçilər, Livan prezidentliyinin yaydığı bir şəkilə diqqət çəkdilər. Şəkildə Ortagus, Livan Prezidenti Aun ilə əl sıxışarkən, əlində Davud ulduzu şəklində bir üzüklə görünür, bu isə bir sıra tənqidi şərhlərə səbəb oldu.

    İranın dəstəklədiyi Hizbullah, son aylarda İsrail ilə qarşıdurmada bir sıra məğlubiyyətlərə uğrayıb. Ən diqqət çəkənlər arasında, əvvəlki baş katibi Həsən Nəsrallahın öldürülməsi və Əsəd rejiminin çöküşü yer alır. Suriyada uzun müddətdir Hizbullah üçün silah və avadanlıq nəqlini asanlaşdıran bir müttəfiq idi.

    Nəvaf Salam,hökumət qurmaq üçün təyin edildiyi gündən bəri bu istiqamətdə səylərini davam etdirir. O, hökumətə heç bir siyasi partiya üzvü və ya gələn il keçiriləcək parlament seçkilərinə namizədlərin daxil edilməyəcəyini bildirib, bununla da hökumətinin "müstəqilliyini" təmin etməyə çalışır.

    Salamın hökumət qurma cəhdləri, Hizbullah və müttəfiqi Əməl Hərəkatının, təklif etdikləri şiə nazirlərinin adlarının təsdiqinə israr etməsi ilə qarşı-qarşıya qalır. Livan siyasi sistemi, ölkədəki müxtəlif konfessiyaların arasında paylaşılan mövqelər üzərində qurulub.

    Salam, hökumətinin əsas prioritetlərindən birinin Livanı "islahat yoluna qoymaq və dövlətin yenidən qurulması" olduğunu dəfələrlə qeyd edib. O, həmçinin BMT-nin 1701 saylı qərarının bütün müddəalarını tətbiq etməyi və Hizbullahın İsraillə sərhəd boyunca fəaliyyət göstərməməsini, həmçinin Livandakı bütün silahlı qrupların silahlarının alınaraq, yalnız qanuni güc strukturlarının əlində cəmləşdirilməsini hədəflədiyini bildirib. Amma bütün bunlara Hizbullah bir o qədər də müsbət yanaşmır.

    Aydın məslədir ki, növbəti hökumət bir neçə böyük çağırışla üzləşəcək, ən önəmlisi isə bərpa işləri və müharibəni dayandıran atəşkəs razılaşmasının tətbiqidir. Bu razılaşma, İsrailin cənub bölgələrinə daxil olduğu ərazilərdən çıxmasını və BMT-nin 1701 saylı qərarına riayət etməsini nəzərdə tutur.

    Razılaşmaya uyğun olaraq, ABŞ və Fransanın rəhbərlik etdiyi komissiya tərəfindən icrası nəzarət edilən bu müqavilədə, İsrailin 26 yanvarda cənub Livandan qoşunlarını çıxarmalı olduğu bildirilmişdi. Lakin İsrail, Livanın razılaşmanı "tam şəkildə yerinə yetirmədiyini" irəli sürərək qoşunlarını əlavə müddət saxlayacağını açıqlayıb.

    Buna cavab olaraq, Livan, İsraili razılaşmanı "gecikdirməkdə" ittiham edib. 27 yanvarda hökumət, ABŞ-ın vasitəçiliyi ilə İsraillə atəşkəs razılaşmasının icrasını 18 fevral tarixinə qədər uzatmağı qəbul etdiyini açıqlayıb. Ortagus jurnalistlərə cavab olaraq, "Biz bu tarixə çox ciddi şəkildə bağlıyıq," deyib.

    Livan prezidentliyi isə bəyan edib ki, Aun, Ortagusa İsrailin "son müharibə zamanı işğal etdiyi ərazilərdən çıxmasının və 1701 saylı qərarın bütün müddəalarının icra edilməsinin vacibliyini" vurğulayıb.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Magellan Sakit okeana çatdı: Avropanın ilk böyük dünya kəşfi baş tutdu

    Tarixdə bu gün – 28 Noyabr

    Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

    Qazaxıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

    Əl-Fəşirdə insan alveri və cinsi zorakılıq kritik həddə çatıb - BMT

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.