Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Hizbullahın Suriyadakı mirası - Captagon və saxta dollar

    13 Fevral 2025 13:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hums qərb əyalətində, Livan sərhədinə yaxın yerləşən Quseyr şəhərinin Haavik kəndində, Haurani vadisinin ən yüksək təpəsində, tərk edilmiş qaranlıq anbarların içində Suriya sabiq sərhəd təhlükəsizlik qüvvələri onlarla gizli fabrik aşkarlayıb. Bu müəssisələr narkotiklər, Captagon (kapsul şəklində olan və həvəsləndirici maddə olaraq istifadə edilən bir növ narkotik) həbləri, həşiş və saxta dollar istehsal edərək qonşu ölkələrə və daha uzaqlara qaçaqmalçılıq yolu ilə göndərilmək üçün qurulmuşdu.
    Suriya, xüsusilə son illərdə, Yaxın Şərqdə narkotik istehsalı və ticarətində mərkəzlərdən birinə çevrilmişdi Bu, əsasən Captagon istehsalının artması ilə bağlıdır.

    Suriya, keçmiş prezident Bəşşər Əsədin hakimiyyəti dövründə, Captagon istehsalında dünyada ən böyük mərkəzlərdən birinə çevrilmişdi. Bəzi mənbələrə görə, Suriya qlobal Captagon istehsalının təxminən 80%-ni təşkil edirdi. Bu narkotik maddə, xüsusilə Yaxın Şərqdə geniş yayılmışdır və yüksək tələbat var. Suriya, əsasən Livan, İordaniya və İraq kimi qonşu ölkələrə narkotik ixrac edirdi.

    Livanın Bəəlbək vilayətinə baxan bu sərhəd bölgəsi uzun müddət Hizbullahnın nəzarəti altında olub. Lakin qrupun bölgədən çıxarılmasından sonra buradakı qanunsuz strukturlar Suriya təhlükəsizlik qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib. Eyni zamanda, Livan ordusu bu əraziyə nəzarəti ələ alaraq təhlükəsizliyi təmin etməyə müvəffəq olub.

    Suriya-Livan sərhədinə yüzlərlə metr məsafədə yerləşən, dağlıq və tərk edilmiş Haavik kəndində aparılan axtarış zamanı təhlükəsizlik qüvvələri gizli narkotik laboratoriyası aşkarlayıb. Yüksək bir təpədə, yan yoldan çətinliklə görünən bu laboratoriyada narkotik istehsalı üçün böyük anbarlar və müasir avadanlıqlar tapılıb. Həmin anbarlarda Captagon həblərinin istehsalında istifadə olunan xammal saxlanılan iri mavi çənlər, habelə kilidli plastik qutular və taxta qutular içində həşiş maddəsi aşkar edilib.

    Hums sərhəd təhlükəsizlik idarəsinin rəisi, mayor Nadim Mədxənə bildirib ki, bölgəni tərk etməzdən əvvəl Livan Hizbullahı və əvvəlki rejim bu sərhəd keçidlərini narkotik ticarəti və qanunsuz maddələrin istehsal mərkəzinə çevirmişdi. Bundan əlavə, onlar bu ərazidən silah və saxta pulların qaçaqmalçılığı üçün də istifadə edirdilər.

    Bu həftə Suriya hərbi əməliyyatlar komandanlığı genişmiqyaslı təmizləmə əməliyyatı həyata keçirib. Əməliyyatlar Livan sərhədinə yaxın Haavik, Cirmaş, Haurani vadisi, Akum və Hənna vadisini əhatə edib. Suriya qüvvələri bu müddət ərzində Hizbullahın silahlıları, devrilmiş rejimə sadiq qüvvələr və narkotik-silah tacirləri ilə qarşıdurmaya girib. Nəticədə bütün sərhəd zolağı nəzarət altına alınıb.

    Bu əməliyyat çərçivəsində Haavik, Cirmaş və Hit kəndlərinə xüsusi basqınlar təşkil edilib. Bu bölgələr, narkotik qaçaqmalçılığının əsas mərkəzlərindən biri hesab olunurdu. Sərhəd təhlükəsizlik idarəsinin rəisi Nadim Mədxənə bildirib ki, təhlükəsizlik qüvvələri 15 narkotik istehsalı laboratoriyası və saxta pul çapı üçün xüsusi mətbəə aşkar edib.

    "Qaçaqmalçılar tərəfindən daşınan böyük həcmdə silah, narkotik maddələr və xammal müsadirə edilib. Bu ərazilər bu cinayətkar qrupların iqtisadi həyat damarı rolunu oynayırdı"-deyə o bildirib.

    Suriya və Livan arasında 330 kilometr uzunluğunda sərhəd mövcuddur. Bu sərhədin böyük bir hissəsi rəsmi olaraq müəyyən edilməyib və əsasən vadilər və hündür dağlardan ibarətdir. Bu coğrafi şərait narkotik və silah qaçaqmalçılarının sərhədi asanlıqla keçməsinə imkan yaradırdı.

    Saxta dollar istehsalı və Əsəd və Hizbullahən narkotik imperiyası

    Üçüncü bir anbarda, Hizbullah üzvləri böyük bir saxlama məntəqəsini ABŞ dollarının saxtalaşdırılması üçün xüsusi bir mətbəəyə çeviriblər. Burada 100 dollarlıq əskinasların saxta versiyalarını hazırlamaq üçün yüksək texnologiyalı çap avadanlıqları, üçölçülü təsvirlər, UV (ultrabənövşəyi) yoxlama cihazları, ofset çap maşınları və müxtəlif rəng çənlərindən istifadə olunurdu.

    Son on ildə, xüsusilə devrilmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə, Suriya Yaxın Şərqin ən böyük Captagon istehsalçısına və ixracatçısına çevrilib. Beynəlxalq hesabatlara görə, Əsəd hakimiyyəti illərində ölkə artıq "narkodövlət" adlandırılır.
    Bölgədəki başqa bir anbarda, yüksək dağlıq ərazidə, sıx ağaclar və əkin sahələri ilə əhatə olunmuş gizli məkanda, təhlükəsizlik qüvvələrinin bir üzvü xüsusi qurğulardan birini açaraq içindən dairəvi formalı Captagon həbləri çıxarıb.

    Müsadirə edilən Captagon həbləri, üstünə ikiqat aypara loqosu və ya "Lexus" sözü yazılmış möhürlü torbalara yığılmışdı – bu işarələr Captagon həblərinin ticarət nişanı kimi tanınır. Həşiş isə orta ölçülü taxta qutularda və plastik qablaşdırmalarda saxlanılırdı. Xüsusi istehsal olunan həşiş isə qırmızı əlcək formalı paketlərdə bükülərək fərqləndirilirdi.

    Bölgə sakinlərinin sözlərinə görə, bu narkotik zavodlarının yerləşdiyi ərazilərə mülki şəxslərin yaxınlaşması qəti qadağan edilmişdi. Haavik kəndinin sakini, 55 yaşlı Əhməd əs-Səəb bildirib ki, bölgədə geniş şəkildə yayılan Suriya kəşfiyyat qüvvələri və Hizbullah silahlıları mülki vətəndaşların bu ərazilərə daxil olmasına icazə vermirdi.
    “Biz fabriklərin olduğunu eşidirdik, lakin içəridə nə baş verdiyini bilmirdik. Çünki yaxınlaşmaq qadağan idi. Hətta müəmmalı, pis qoxular gəlirdi və biz bundan narahat olurduq"-deyə o bildirib.

    Təhlükəsizlik qüvvələri əməliyyat zamanı müşahidə kameraları və Livan ərazisi ilə birbaşa əlaqəsi olan gizli rabitə xətləri də aşkarlayıb. Sərhəd təhlükəsizlik idarəsinin rəisi, mayor Nadim Mədxənə, əməliyyatların yalnız Livan sərhədinə yaxın Suriya kəndlərində aparıldığını qeyd edib. O bildirib ki, ilk dəfə 14 ildən sonra Livan ordusu bu bölgədə nəzarəti bərpa etməyə başlayıb. Əməliyyatlar zamanı Hizbullah üzvləri və narkotik tacirləri ilə şiddətli qarşıdurmalar yaşanıb.

    Əməliyyat zamanı bəzi Livan qəbilə ailələrinin də bu qaçaqmalçılıqda iştirak etdiyini sübut edən sənədlər tapılıb.

    Təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu sərhəd bölgələri Suriya rejiminin süqutundan sonra qaçan əsgərlərin Livana keçməsi üçün marşrut kimi istifadə olunub. Xüsusilə, Captagon kralı Mahir Əsədə tabe olan 4-cü diviziyanın üzvləri bu yollarla Livana qaçırılmışdır. Həmçinin, əldə edilən kəşfiyyat məlumatlarına görə, bu rejim qalıqlarının bir qismi Livan ərazisindən hərbi əməliyyatlarda iştirak edərək Suriyaya hücumlar təşkil edib. Bu qruplar Hizbullahla uzunmüddətli Captagon ticarətinə əsaslanan birgə əməkdaşlığa malikdirlər.

    Bölgə sakinlərindən Fatimə əl-Xalid, ailəsi və qonşularının Hizbullahın nəzarəti altında 10 ildən çox müddət ərzində qorxu və təhlükə içində yaşadığını bildirib:

    "Biz rahatlıq və təhlükəsizliyi unudaraq yaşadıq. Hİzbullahın nəzarəti altına düşəndən bəri çox şeydən məhrum olduq. Çox çətin günlər keçirdik. Şükürlər olsun ki, onların süqutundan sonra vəziyyət dəyişdi"-deyə o bildirib.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Magellan Sakit okeana çatdı: Avropanın ilk böyük dünya kəşfi baş tutdu

    Tarixdə bu gün – 28 Noyabr

    Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

    Qazaxıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

    DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

    Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

    Əl-Fəşirdə insan alveri və cinsi zorakılıq kritik həddə çatıb - BMT

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

    Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.