Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Orxan Qədirzadə

    Livanın cənubunda yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 13 HƏMAS üzvü öldürülüb.

    AzerVoice xəbər verir ki, İsrail Ordusunun bəyanatında hücumun “HƏMAS-ın təlim mərkəzinə” edildiyi iddia olunur. Bəyanata əsasən, zərbə Livandan İsrailə qarşı hücumlar üçün döyüşçülərin hazırlanması ilə məşğul olan şəxsləri hədəfləyib. Həlak olanlar arasında bu prosesdə iştirak etdiyi iddia edilən Cavad Sidavinin adı da qeyd edilir.

    Livan rəsmiləri isə açıqlamalarında zərbədə ən azı 13 nəfərin həlak olduğunu, lakin şəxsiyyətlərinin açıqlanmadığını bildirmişdilər.

    İsrail Ordusu digər 12 nəfərin adlarını açıqlamaqdan imtina edib.

    HƏMAS isə yayımladığı görüntülərlə müşayiət olunan bəyanatda hadisəni “mülki şəxslərə qarşı dəhşətli qətliam” adlandırıb və İsrailin iddialarını təkzib edərək düşərgədə hərbi obyektlərinin olmadığını bildirib.

    Təşkilatın açıqlamasında hədəfin “gənclərin istifadə etdiyi açıq idman meydançası” olduğunu bildirilib.

    Ayn əl-Hilvə düşərgəsi Sidon şəhərinin yaxınlığında yerləşir və Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi hesab olunur.

    İsrail, noyabrda əldə edilmiş atəşkəsə baxmayaraq, Livana zərbələr endirməyə davam edir. Atəşkəs HƏMAS-la və Hizbullahla iki ildən çox davam edən qarşıdurmanı dayandırmaq məqsədi daşıyırdı.

    #HƏMAS #Hizbullah #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah və Livan siyasəti #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Cavad Sidavi #Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    İtaliyada HƏMAS üçün milyonlarla avro toplayan 7 nəfər həbs edilib

    27 Dekabr 2025 16:59

    Netanyahu 7 oktyabr hücumundan sonra məsuliyyətdən yayınmaq üçün plan hazırlamağımı istəyib - Netanyahunun keçmiş köməkçisi

    24 Dekabr 2025 04:00

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.