Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır.

    AzerVoice arabnews-a istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib.

    Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.

    Onun sözlərinə görə, ABŞ-nin Tehrana qarşı həyata keçirdiyi “maksimum təzyiq” strategiyası nüvə proqramını və regional təsir imkanlarını məhdudlaşdırmağı hədəfləyir. Həmçinin o deyib ki, İsrailin 2023-2024-cü illər müharibəsi zamanı qruplaşmaya ciddi zərbə vurması Livanda yeni siyasi vəziyyət yaradıb.

    Herli bildirib ki, əgər ‘Hizbullah’ silahsızlaşdırılsa, ölkə yenidən öz suveren nəzarətini bərpa edə bilər, bunun açarı isə İranın maliyyə təsirini zəiflətməkdir.

    ABŞ rəsmisi xatırladıb ki, sentyabr ayında nüvə və raket proqramı ilə bağlı danışıqların dayanmasından sonra BMT sanksiyaları yenidən tətbiq edilib və İran iqtisadiyyatı hiperinflyasiya riski ilə üzləşib.

    Qeyd edək ki, Tehranın iddiasına görə, nüvə proqramı yalnız mülki enerji məqsədləri daşıyır. Qərb ölkələri isə İranı gizli şəkildə nüvə silahı üzərində işləməkdə ittiham edir.

    Herli Yaxın Şərqə səfəri haqqında danışarkən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Livanda hökumət nümayəndələri, bankçılar və özəl sektorla görüşlər keçirdiyini bildirib.

    Xatırladaq ki, ötən həftə Vaşinqton “Hizbullah”ın maliyyələşməsində rol oynamaqda ittiham edilən iki şəxsi sanksiya siyahısına əlavə etmişdi.

    #Hizbullah #İran və Hizbullah əlaqələri #İsrail və Hizbullah qarşıdurması #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın Livandakı rolu #Trampın Yaxın Şərq siyasəti #Hizbullah və İsrail döyüşləri #ABŞ Maliyyə Nazirliyi #Hizbullah və ABŞ münasibətləri #ABŞ-nin HİZBULLAH siyasəti #ABŞ-nin Livan siyasəti #Con Herli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilib

    17 Dekabr 2025 11:18

    Qəzzada atəşkəsin ikinci mərhələsi çox yaxında başlayacaq - Tramp

    4 Dekabr 2025 10:05

    Maduro ilə görüşməyə hazıram – problemləri asan və ya çətin yolla həll edərik - Tramp

    26 Noyabr 2025 09:33

    Sudanda üç aylıq humanitar atəşkəs elan edilib

    25 Noyabr 2025 12:22

    Yaponiya və ABŞ liderləri telefon danışığında əməkdaşlığı təsdiqlədilər

    25 Noyabr 2025 12:04

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    ABŞ beynəlxalq səhnədə öz rolunu şişirtməməlidir - Kanadanın baş naziri

    24 Noyabr 2025 11:32

    Cenevrədəki barış planı layihəsi Ukrayna milli maraqlarını əks etdirir - Ağ Ev

    24 Noyabr 2025 11:18

    İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

    23 Noyabr 2025 20:04

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28

    Livan ordusu məşhur narkobaron Nuh Zəytəri həbs edib

    21 Noyabr 2025 04:00

    İordan çayının qərb sahilində baş verən zorakılıq terrorizmdir- ABŞ səfiri

    21 Noyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Avstriyada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib

    ABŞ mediasında Türkiyənin F-35 proqramı ilə bağlı yanaşma: geosiyasi balans və təhlükəsizlik narahatlıqları

    Tarixdə bu gün – 26 Dekabr

    Qəzzada silahlı qrup sakinləri silah hədəsi ilə evlərindən çıxarıb

    Türkiyə Qızıl Aypara Cəmiyyəti Kərkükdə daşqından zərər çəkənlərə ərzaq yardımı edib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb

    Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

    İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.