Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    13 Dekabr 2025 22:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus bildirib ki, Rusiya qarşıdakı 3-4 il ərzində Avropa İttifaqı ölkələrinə qarşı real hərbi qarşıdurmaya hazır vəziyyətə gələ bilər.

    AzerVoice xəbər verir ki, İtaliyanın paytaxtı Romada səfərdə olan Kubilyus müdafiə naziri Guido Krozetto ilə görüşdən sonra La Stampa qəzetinə müsahibəsində qeyd edib ki, Rusiya iqtisadiyyatı faktiki olaraq hərbi iqtisadiyyata çevrilib və bu, Avropa üçün strateji təhlükə yaradır.

    Kubilyusun sözlərinə görə, Avropa xüsusi xidmət orqanları Rusiyanın yaxın illərdə Aİ-na qarşı real hərbi qarşıdurma imkanına malik olacağı barədə açıq xəbərdarlıq edir. O vurğulayıb ki, əsas risklərdən biri Moskvanın potensial təcavüz təhlükəsidirsə, digər risk ABŞ-nin Avropanın müdafiəsində daha az məsuliyyət daşımaq istəməsidir.

    Avropa Komissiyası üzvü bildirib ki, dondurulmuş Rusiya aktivləri Ukraynanın hərbi və büdcə ehtiyaclarının maliyyələşdirilməsi üçün əsas mənbələrdən biri ola bilər.

    Kubilyus əlavə edib ki, mümkün Rusiya hücumu halında Aİ və NATO 2022-ci ildən etibarən real döyüş təcrübəsi qazanmış Rusiya ordusu ilə üz-üzə qala bilər. Onun sözlərinə görə, Avropada real döyüş təcrübəsinə malik yeganə tərəf Ukraynadır.

    Bu baxımdan o, Avropanın müdafiə potensialının gücləndirilməsi üçün Ukraynanın praktiki döyüş imkanlarının Avropa təhlükəsizlik sisteminə inteqrasiya edilməsinin vacibliyini qeyd edib. Kubilyus Böyük Britaniya, Norveç və Ukraynanı əhatə edən yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasını da mümkün variant kimi dəyərləndirib.

    Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına toxunan Avropa rəsmisi bildirib ki, Ukraynanı zəif mövqedə qoyacaq istənilən razılaşma gələcəkdə Rusiyanın yeni təcavüzünü asanlaşdıra bilər.

    #Avropa Komissiyası: Rusiya 3–4 ilə Aİ-yə qarşı hərbi əməliyyatlara hazır ola bilər #Kubilyus: Rusiya Avropanı real hərbi qarşıdurmaya çəkə bilər #Aİ rəsmisi Rusiyadan mümkün hərbi təhdid barədə xəbərdarlıq edib #Еврокомиссия: Россия может быть готова к военным действиям против ЕС через 3–4 года #Кубилюс предупредил о риске военной конфронтации России с Европой #В ЕС заявили о возможной угрозе со стороны России в ближайшие годы #EU defense chief signals growing Russian military threat #European Commission: Russia preparing for potential conflict with EU
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    13 Dekabr 2025 23:25

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    13 Dekabr 2025 22:32

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    13 Dekabr 2025 22:08

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    13 Dekabr 2025 21:22

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    13 Dekabr 2025 20:59

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    13 Dekabr 2025 20:30

    İran Silahlı Qüvvələri müasir texnologiyalar sahəsində inkişaf edib - İran general-mayoru

    13 Dekabr 2025 19:42

    Suriyada ABŞ–Suriya birgə patruluna silahlı hücum olub

    13 Dekabr 2025 19:17

    İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib

    13 Dekabr 2025 18:26

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    13 Dekabr 2025 14:58

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42
    Demo
    XƏBƏR LENTİ

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Beytülmal nədir? İslamda dövlət xəzinəsinin mahiyyəti

    AnewZ telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.