Bakı,AzerVoice
İsmayıl Qarayev 1983-cü il martın ayının15-də Quba şəhərində həkim ailəsində anadan olub. O, 1989-cu ildə Quba şəhəri 3 saylı orta məktəbə daxil olub. 2000-ci ildə Quba Özəl Türk Liseyindən məzun olan İ.Qarayev həmin il Azərbaycan Tibb Universitetinə daxil olub.
O, 2006-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra 2006-2007-ci illərdə təcili tibbi yardım xəstəxanasında təcrübə keçib. 2007-2009 Ukraynanın paytaxtı Kiyev şəhərində davamlı təhsil tipli akademiyasında neyrocərrahiyə üzrə kliniki ordinatura keçib.
İ.Qarayev 2009-cu ildən ATU-nun neyrocərrahiyə kafedrasında çalışır, 2018-ci ildən kafedranın assistentidir. O, 2021-ci ildə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi üçün “Onurğanın boyun nayihəsi sinir elementlərinin diskogen kompressiyasının klinika diaqnostika və cərahhi müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edib. İ.Qarayev 20-dən artıq elmi məqalə və bir kitab müəllifidir.
2010-cu ildə Almaniyanın Berlin şəhərində neyrocərrahiyə, 2013-cü ildə Türkiyənin İzmir şəhərində “Spinal neyroşirurji ileri” altında əməkdaşlıq proqramı üzrə təcrübə keçib. Misir Almaniya, Ukrayna Kolumbiya, Türkiyə kimi bir çox ölkələrdə dəfələrlə neyrocərahiyyə üzrə elmi konfranslarda işirak edib.
Evlidir, iki övladı var.