BAKI, AzerVoice, Nailə Babazadə
2025 -ci ilin iyununda Qırğızıstandan Türkiyəyə 18 min 937 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,65 faiz azdır.
Bu barədə AzerVoice-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,33 faiz təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında Qırğızıstandan Türkiyəyə 98 min 840 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,23 faiz çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,46 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.
2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.