Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Leys Əl-Balaus Kimdir?

    31 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice "Kəramət Məclisi" adlı silahlı qrupun lideri, Suveyda bölgəsinin mübahisəli və bir o qədər də simvolik siması Leys Əl-Balaus, druz cəmiyyətində həm dəstək, həm də şübhə ilə qarşılanan fiqurdur. Bəziləri onu bölgədə druzlarla bədəvilər arasında nifaq salmaq cəhdlərinə qarşı çıxan, sülh və sabitliyi qorumağa çalışan şəxs kimi qiymətləndirirlər. Digərləri isə onu Suriya rejiminin bölgəyə nəzarəti bərpa etmək üçün irəli sürdüyü planın bir parçası hesab edirlər.

    Leys əl-Balaus, Süveyda əyalətinin Məzrəə kəndində doğulub və məşhur "Kəramət İnsanları" hərəkatının qurucusu və 2015-ci ildə "Kəramətimiz Bəşər Əsəddən üstündür" sözlərinə görə sui-qəsdə qurban gedən şeyx Vahid əl-Bəlusun oğludur.

    Rejim və İranla açıq qarşıdurma

    O, 2023-cü ilin mayında ilk dəfə sui-qəsd cəhdindən sağ çıxıb. Naməlum şəxslərin avtomobilinə açdığı atəş, İran və Hizbullahın Suveyda və Suriyadakı nüfuzuna qarşı açıq düşmən mövqeyi və rejimə qarşı baş verən etirazlara dəstəyi ilə bağlı gərgin dönəmə təsadüf edirdi.
    Həmin dövrdə Suriya hərbi kəşfiyyatının rəhbəri general Qəssam İsmayıl açıq şəkildə "Kəramət Məclisi"ni və druz dini liderlərini hədələmişdi – əgər etirazlar davam etsə, Süveyda dağıdılacaq və yandırılacaq.

    Leys əl- Balaus bir neçə dəfə sui-qəsd cəhdlərinə məruz qalıb:13 may 2023-cü ildə Süveydanın Məzirə kəndində maşınına açılan atəş nəticəsində ayağından yaralanıb.1 may 2025-ci ildə Şəhba şəhərində yenidən silahlı şəxslər tərəfindən atəşə tutulub, lakin bu dəfə sağ qalıb. Bu hücum onun səsini susdurmaq məqsədi daşıyan açıq təxribat kimi qiymətləndirilib.

    2018-ci ilin dekabrında "Tək ürək" çətiri altında birləşən digər fraksiyalarla yanaşı, Leys əl-Bəlus rejimin bölgədə təhlükəsizliyi pozmaq cəhdlərinin qarşısını alan əsas fiqurlardan biri olub. Eyni zamanda, o, Süveydada narkotik alverçilərinə qarşı əməliyyatlara rəhbərlik edib. Bu fəaliyyət isə Hizbullah və onun bölgədəki dəstələri tərəfindən birbaşa təhdid kimi qəbul olunub.

    İran və Hizbullahı açıq şəkildə ittiham edib

    Leys dəfələrlə bəyan edib ki, Suveyda və bütövlükdə Suriyada İran və Hizbullahın müdaxiləsi yalnız fəlakətlər gətirib. Onun fikrincə, bu müdaxilə bölgədə fitnə və nifaq salmaq, həmçinin narkotiklərin yayılmasına şərait yaratmaq məqsədi daşıyır. O, rejim qüvvələrinin və təhlükəsizlik orqanlarının narkotik ticarətində iştirak etdiyini və narkotik satan şəxslərin dövlətə bağlı rəsmi sənədlərə malik olduğunu qeyd edib. İran və Hizbullah bir neçə terror aktında da onun tərəfindən ittiham olunub.

    Dəyişən mövqe və siyasi çevriliş sonrası rolu

    2021-ci ildən etibarən əl- Balaus rejimlə münasibətlərində qarşıdurmanı daha da sərtləşdirib. Onun sözlərinə görə, Əsəd rejimi təhlükəsizlik və sabitlik təmin etməkdə tamamilə aciz qalıb və xalq ondan üz çevirib. Süveydada fəaliyyət göstərən bir neçə silahlı fraksiya – "Kəramət Məclisi", " Şeyx əl-Karama Qüvvələri" və digərləri – rejimin bölgədə yenidən nəzarət bərpa etməsinin qarşısını alan əsas amillərdən biri olub.

    Leys əl- Balaus Rusiya ilə açıq qarşıdurmaya girməsə də, Rusiyanın bölgəni öz nüfuz dairəsinə çevirməsinə də qarşı çıxıb. 2018-ci ildən sonra Rusiya ilə İran arasında cənubda artan nüfuz savaşı fonunda, Suveydanın bu münaqişənin arenasına çevrilməməsi üçün çalışıb.

    2024-cü ilin avqust ayında onun iştirak etdiyi yerli liderlərlə görüş zamanı rejimin təşkil etdiyi ikinci sui-qəsd cəhdi baş verdi. O, bir daha sağ qaldı.

    Yeni rejim və siyasi çevrilmədə rolu

    2024-cü ilin noyabrında “Əhəngdarlıq Qüvvələri Palatası”nın – "Təhrir Əş-Şam"ın rəhbəri Əhməd Əl-Şəraanın öncüllüyündə – rejimə qarşı əməliyyatlarına paralel olaraq, Leys əl- Balaus bu koalisiya ilə əməkdaşlıq etməyə başladı. Rejimin devrilməsindən sonra o, “Cəbhətul Əhrar Cəbəlul Arab” lideri Salman Əbdül-Baqi ilə birlikdə yeni Suriya hökumətini tanıyan ilk fiqurlar arasında yer aldı.

    O, həmçinin prezident Əl-Şəraa və müdafiə naziri Mərhəf Əbu Qəsrə ilə bir sıra görüşlərdə iştirak edib. Bu görüşlərdə məqsəd – yeni hökumətin ölkə daxilində silahlı qüvvələri birləşdirməsinə dəstək vermək idi.

    Genişlənən nüfuzu və daxili narazılıq

    Əl- Balausun nüfuzu 2025-ci ilin əvvəlində Cərmanə və Əşrəfiyyə Səhnaya bölgələrində baş verən qarşıdurmalar zamanı daha da artdı. Suriya hökuməti bu münaqişələri həll etmək üçün bir təklif irəli sürdü: təhlükəsizlik postları həm dövlət qüvvələrindən, həm də əl-Bələusun tərəfdarlarından ibarət olmalı idi. Bu addımdan sonra o, Suveyda gəncləri arasında təlimlərə başlayaraq onların təhlükəsizlik sisteminə inteqrasiyasına başladı.

    Lakin bu nüfuz artımı bəzi Suveyda fraksiyalarında narahatlıq doğurdu. Onlar bunu hökumətin bölgəyə nüfuz etmək üçün Trojan atı kimi görməyə başladılar. 2025-ci ilin mayında üçüncü dəfə sui-qəsdə məruz qalan Lays əl- Balaus, bu dəfə də sağ qalmağı bacardı.

    Qəhrəman, yoxsa xəyanətkar?

    Hazırda Leys əl- Balaus həyatının dönüş nöqtəsindədir. O, yeni Suriya hökuməti ilə Suveyda arasında vasitəçi və təhlükəsizlik idarəçisi kimi ön plana çıxır. Bununla belə, bəzi hərbi və mülki qüvvələr onu xəyanətkar kimi görür. Xüsusilə də son vaxtlar druz və bədəvi icmalar arasında baş verən qanlı qarşıdurmalar, İsrailin “druzları qorumaq” bəhanəsi ilə bölgəyə müdaxiləsi və “qəbilə dəstəyinin” bədəviləri müdafiə etməsi fonunda, gərginlik daha da artmışdır.

    İndi əsas sual budur: Lays əl- Balaus atasının izindən gedərək, həm Əsədə, həm də xarici təsirlərə qarşı çıxmış bir lider kimi Suriya böhranının ən mürəkkəb düyününü aça biləcəkmi? Yoxsa onun rejimlə yaxınlaşması, onun Süveyda daxilində nüfuzunun zəifləməsi və siyasi ulduzunun sönməsi ilə nəticələnəcək?

    #Hizbullah #Əhməd Əl-Şaraa #Suveyda Üsyanı #Suveyda hadisələri #Suveyda idarəetmə modeli #Süveyda druzlar #Süveyda #Leys əl-Balaus #Suveyda Şahinləri #Suveyda döyüşləri #Leys Əl-Balaus Kimdir? #İran və Hizbullah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45

    Nəsrullahın son istəyi və Tehranın susqunluğu

    26 Oktyabr 2025 20:00

    Türkiyə Suriyanın şimalında tunelləri məhv edib

    23 Oktyabr 2025 18:50

    Silah Livanın gücünün bir hissəsidir - Hizbullah baş katibi

    22 Oktyabr 2025 03:15

    Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

    18 Oktyabr 2025 22:30

    İsrail Ali Məhkəməsi hökumətə 7 oktyabr hadisələri ilə bağlı istintaq komissiyası yaratmaq üçün bir ay vaxt verdi

    16 Oktyabr 2025 07:00

    Sistanidən “Hizbullah”a məktub – Livan xarici maraqlar üçün müharibələrə sürüklənməməlidir

    15 Oktyabr 2025 10:00

    Şeybani Livana qapıdan daxil olur

    14 Oktyabr 2025 09:00

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    13 Oktyabr 2025 05:56

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Vaşinqton “Hizbullah”ın silahlarını İraqda “zəmanətçi tərəfə” əmanət etmə təklifini rədd edib

    12 Oktyabr 2025 15:00

    “Hizbullah” Qəzzada müharibənin dayandırılması ilə bağlı Trampın planına dair “HƏMAS”ın mövqeyini dəstəklədi

    5 Oktyabr 2025 20:57
    Demo
    XƏBƏR LENTİ

    İraqla yeni Suriya arasında yaxınlaşmanı ləngitmək üçün dezinformasiya savaşı

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?

    Türkiyədən Qırğızıstana mebel ixracı azalıb (ÖZƏL)

    Yuxuda darvaza görmək

    Yuxuda Ay görmək necə yozulur?

    Qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

    Bu gün Balfur Bəyannaməsi məktubu yazıldı

    Tarixdə bu gün - 2 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

    Art Weekend çərçivəsində Nəfəs – söz və səsin vəhdəti adlı növbəti layihənin təqdimatı keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.