Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Hikmət əl-Hicri Kimdir?

    16 İyul 2025 14:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hikmət Salman əl-Hicri Suriyada mövcud olan mövahid druzlar təriqətinin ruhani lideridir və Süveyda vilayətində dini və ictimai baxımdan nüfuzlu bir şəxsiyyət sayılır.

    Əl-Hicri 9 iyun 1965-ci ildə Venesuelada anadan olub. O zaman atası orada çalışırdı. Daha sonra əsas və orta təhsilini başa çatdırmaq üçün Suriyaya qayıdıb. 1985-ci ildə Dəməşq Universitetinin hüquq fakültəsinə daxil olub və 1990-cı ildə məzun olub.

    2012-ci ildə qardaşı Əhmədin avtomobil qəzasında vəfat etməsindən sonra, onu əvəz edərək druz təriqətinin ruhani lideri olub. Bu vəzifə 19-cu əsrdən bəri ailəvi şəkildə nəsildən-nəslə ötürülür. Onun rəhbərliyi dövründə təriqətin ruhani qurumu iki hissəyə bölünüb: biri onun rəhbərliyi ilə Qənavat qəsəbəsində, digəri isə şeyxlər Həmud əl-Hənnavi və Yusif Cərbuanın rəhbərliyi ilə Ayn əl-Zəman bölgəsində fəaliyyət göstərir.

    Əl-Hicri əvvəlcə Bəşşar Əsəd rejimini dəstəklədiyinə görə druz cəmiyyətində nüfuzu azalmağa başlamışdı. Suriya inqilabı başlayandan sonra, xüsusən də təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açaraq qətllər törətməsindən sonra, ondan rejimə qarşı daha aydın mövqe tutması tələb olunurdu. 25 yanvar 2021-ci ildə Süveyda məhbuslarından birinin taleyilə bağlı sorğu apararkən hərbi kəşfiyyat idarəsinin rəhbəri Lüey Əli ilə telefon danışığında təhqir olunması bölgədə böyük narazılıq və etirazlara səbəb olmuşdu.

    8 dekabr 2024-cü ildə Əsəd rejiminin süqutundan sonra əl-Hicri beynəlxalq nəzarət altında bütün suriyalı təbəqələri təmsil edən keçid hökumətinin qurulması üçün ümummilli dialoqa çağırıb. 2025-ci ilin yanvar ayında yayımlanan televiziya müsahibəsində o, silahların təhvil verilməsi məsələsinin "çox tez" olduğunu deyib və bu məsələnin "ölkənin qurulması və hüquqların təmin olunduğu konstitusiyanın yazılmasından əvvəl tamamilə qəbuledilməz" olduğunu bildirib.

    2025-ci il 17 fevral tarixli bəyanatında o, Suriyanın torpaq və xalq birliyini müdafiə etdiyini, separatçılıq və dövlət strukturlarına korrupsionerlərin qaytarılmasına qarşı olduğunu vurğulayıb. O, həmçinin etnik, dini və siyasi mənsubiyyətlərdən uzaq texnokrat, mülki bir idarəetmə forması qurulmasının vacibliyini qeyd edib və rejimin süqutundan sonra milli istiqamətin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

    Əl-Hicri Suriya Prezidenti Əhməd əş-Şəraa ilə bağlı ziddiyyətli mövqelər ifadə edib. Bir video çıxışında Dəməşq hökuməti ilə razılaşmalarının olmadığını bildirərək onu ifratçı və beynəlxalq ədalət qarşısında cavabdeh adlandırıb. Hökumətin Süveydada qəbul olunmayan şəxsləri rəhbər vəzifələrə gətirməklə ixtilaf yaratmaq istədiyini iddia edib. O, həmçinin konstitusiya bəyannaməsini tanımadığını və onu "məntiqsiz" adlandırdığını bildirib.
    Məhz Əl-Hicrinin bir başa dəstəyi ilə İsrail Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb. Bu müdaxilələr təkcə hərbi toqquşmalarla məhdudlaşmır, eyni zamanda siyasi və ictimai mühitin manipulyasiyası ilə də müşayiət olunur.
    Druzların himayəsini bəhanə edərək, İsrail ordusu 2 may cümə günü səhər saatlarında Dəməşqdəki prezident sarayına xəbərdarlıq xarakterli zərbə endirib. Bu hücum, İsrailin Suriya ərazisindəki hərbi və hava hücumundan müdafiə infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı zərbələrin bir hissəsi olub.

    İsrail, druzların qorunması fikrini bölgəyə hərbi müdaxilənin əsas səbəbi kimi təqdim edir. Baş nazir Benyamin Netanyahu bu məsələni dəfələrlə gündəmə gətirib, İsraildəki druz lideri Müvəffəq Tarif vasitəsilə bu arqumenti legitimləşdirməyə çalışıb. Lakin Əl-Hicri istisna olmaqla Suriyadakı druz icmasının əksəriyyəti bu bəhanəni rədd edir.

    Əl-Hicri açıq şəkildə druzlar arasında separatçıları dəstəkləyir və güya druzların soyqırımı olmasını iddia edərək, bəynəlxalq ictimaiyyəti Suriyaya müdaxilə etməyə çağırır. Əl-Hicri Suriyada İsrailin bir nömrəli təsir agentidir.

    Druzlar Kimdir?

    Fatimilər xilafətinin altıncı xəlifəsi Həkim-Biemrillah hakimiyyəti ələ keçirdikdən sonra bəzi İsmaililər onun ilahi varlıq olma iddialarını fürsət bilib dəstək göstərdilər. 1017-ci il, 30 may tarixində Həkim özünün ilah olduğunu elan edərək, yeni yaradılmış dinin imamı kimi İran əsilli Hamza ibn Əlini təyin etdi.

    Hərəkatın əsas ideoloqu olan Hamza ibn Əli, öz köməkçilərini – yəni “hüdud”ları (sərhədləri) – təyin etdi və bildirdi ki, artıq İslam mənasında ibadətə ehtiyac yoxdur. İnsanlar ilahi həqiqətləri birbaşa bu yeni rəhbərlərdən öyrənməlidirlər. Bu düşüncə sistemi tarixdə “Həkimiyyə” adı ilə çox az tanınsa da, daha çox “Dürzilik” kimi məşhurlaşmışdır. Bu ad Hamzaya yaxın olmuş, lakin daha sonra sapqın elan edilən Anuş Təgin əd-Dərəzinin təbliğatı nəticəsində yayılmışdır.

    Dürzilərin gizliliyi və batini xarakteri

    İsmaili təlimindən çıxmış olsa da, onların inanc sistemindən ayrılan Dürzilər özlərini “tövhid əhli” – yəni tək Allaha inananlar – adlandırırlar. Onlar əsrlər boyu gizli qalan, yalnız öz aralarında məlumat paylaşan, qapalı bir dini cəmiyyət kimi tanınıblar. 1830-cu illərdə Misir paşası İbrahim Paşa Dürziləri məğlub etdikdən sonra onların məbədlərində tapılan yazılı mənbələr dünyanın müxtəlif kitabxanalarına yayılmış və tərcümə edilmişdir. Bu səbəbdən onların dini görüşlərini anlamaq bir qədər mümkün olmuşdur. Lakin inancın batini və gizli təbiəti səbəbilə bu gün də Dürziliyin tam mahiyyəti tam aydın deyil.

    Dürziliyin dörd əsas prinsipi

    Həkim-Biemrillahın tanrı olduğuna inanmaq

    Onun təcəllisi sayılan Hamza ibn Əlini qəbul etmək

    Hamzanın vəzirləri və köməkçilərini tanımaq

    Yeddi əsas vəsiyyəti bilmək və yerinə yetirmək

    Həkim-Biemrillah kim idi?

    Fatimi xəlifəsi Əziz-Billahın oğlu olan Həkim-Biemrillah 985-ci ildə doğulmuş, 11 yaşında hakimiyyətə gətirilmişdi. Onun hakimiyyət illəri ziddiyyətli və qəddar davranışlarla yadda qalmışdır. Qahirədə eşşək üstündə gəzməyi vərdişə çevirmiş, bazarları və ictimai nizamı şəxsən özü yoxlamışdır. Onun qəribə davranışları gecələr Muqattam dağında tək qalması, xidmətçilərinə qarşı etikadan kənar hərəkətləri ilə müşahidə olunurdu.

    Buna baxmayaraq, o “Darülhikmə” adlı akademiya quraraq fəlsəfi və məzhəbi düşüncələrə meydan açmışdı. Burada toplaşan təbliğçilər Həkimin ilahiliyini əsaslandıran düşüncələr inkişaf etdirirdilər. Həkimin qeyri-adi davranışları tərəfdarları tərəfindən onun ilahi sifətlərinin əlaməti kimi izah olunurdu.

    Həkimin qeybə çəkilməsi

    1021-ci ilin fevralında Həkim Muqattam dağında qeybə çəkildi və bir daha geri qayıtmadı. Yalnız qan izləri olan geyimi tapıldı. Tarixçilərin çoxuna görə o, bacısı tərəfindən öldürülmüşdür. Dürzilər isə onun ölmədiyinə, göyə çəkildiyinə və qiyamətə yaxın yenidən qayıdacağına inanırlar.

    Dürzilikdə Allah anlayışı və yeni platonçuluq

    Dürzilər qədim yunan fəlsəfəsi – xüsusilə Yeni Platonçuluqdan – təsirlənərək Allahın təsvir edilməz və bənzərsiz bir varlıq olduğuna inanırlar. Onlara görə Allah düşüncə ilə dərk edilə bilməz, sözlərlə izah olunmaz, amma zaman-zaman insan surətində təcəlli edə bilər. Həkim-Biemrillah bu təcəllilərin sonuncusudur.

    Ruh və yenidən doğuluş

    Dürzilər ruhun ölmədiyini, bir bədəndən başqa bir bədənə keçdiyini qəbul edirlər. Ancaq bu keçid yalnız insan bədənlərinə aiddir. Heyvan və bitkilərə keçid qəti inkar olunur. İnsan öləndə ruh dərhal başqa bir insanda təcəlli edir və əvvəlki həyatdakı biliyi ilə yeni həyata başlayır.

    Hamza ibn Əli və onun rolu

    Hamza ibn Əli Xorasanın Zəvzən şəhərində doğulmuş, Qahirədə İsmaili məclislərinə qatılmış, Həkimin yaxın adamına çevrilmişdir. O, öz təlimini yaradaraq həm dini, həm də fəlsəfi sistem qurmuş və 1017-ci ildə yeni məzhəbinin əsaslarını elan etmişdir.

    İlk qarşıdurmalar və təqiblər

    Hamza və tərəfdarları xalqın etirazı ilə qarşılaşmış, bəzi tərəfdarları öldürülmüşdür. Həkimin öldürülməsindən sonra isə Hamza da qeybə çəkilmişdir. Yeni xəlifə Zahir-Liizəzidinillah, atasının hərəkətlərini qəbul etməyərək Dürziləri cəzalandırmış və onlar Misiri tərk edərək Livana – Şuf bölgəsinə çəkilmişlər.

    Anuş Təgin Dərəzi və adın mənşəyi

    Hamzanın ardıcıllarından olan Dərəzi özünü ona bərabər tutmağa çalışmış və rədd edilmişdir. Onun fikirləri Dürzilər tərəfindən qəbul edilməsə də, məzhəb xalq arasında onun adı ilə – “Dürzilik” – tanınmışdır. Dürzilər isə onu sapqın və mürtəd sayırlar.

    #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Dürzi Liderləri #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suriya Dürzi qarşıdurması #Druzların qorunması bəhanəsi #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Hikmət əl-Hicri kimdir #Suriyada druz liderləri #Dürzilik nədir #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Hikmət əl-Hicri və Əsəd rejimi #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Dürzilər və gizli inanc sistemi #Həkim-Biemrillah və Dürzilik #Suriyada druzların bölünməsi #Dürziliyin əsas prinsipləri #Dürzilik və yenidən doğuluş #Hikmət əl-Hicri və Netanyahu #Dürzilikdə Allah anlayışı #Anuş Təgin Dərəzi və dürzilər #Hikmət əl-Hicri İsrailin agentidirmi #Dürzilər və Suriya inqilabı #Hikmət əl-Hicri müsahibə 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Druz toqquşmaları və təhlükəsizlik böhranı: Suriyada üç vilayətdə seçkilər ləğv edildi

    23 Avqust 2025 20:47

    Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

    17 Avqust 2025 14:28

    Süveyda vilayətindəki humanitar dəhliz silahlı toqquşmalar səbəbindən bağlanıb

    3 Avqust 2025 17:47

    Süveydada silahlı toqquşma baş verib

    3 Avqust 2025 14:56

    Leys Əl-Balaus Kimdir?

    31 İyul 2025 18:00

    Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    28 İyul 2025 20:42

    Parisdə Suriya-İsrail görüşü - heç bir yekun saziş əldə olunmayıb

    27 İyul 2025 12:00

    Suveydada Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik - Dürzi lideri

    24 İyul 2025 18:21

    İsrail Suriyanın Hums vilayətinə hava zərbələri endirib

    23 İyul 2025 20:28

    Suriya Türkiyədən rəsmi dəstək istəyib - Türkiyə MN

    23 İyul 2025 14:24

    Tomas Barrak İsrail-Suriya danışıqlarına rəhbərlik edəcək

    22 İyul 2025 22:16

    Suveyda qrupları və şeyxləri – sayları, mənsubiyyətləri və mövqeləri

    22 İyul 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak

    Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb

    Teflon Don - Mafiya başçısı Con Qotti kimdir?

    Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

    ABŞ-nin sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb-Suriyalı nazir

    İsrailin Misirlə qaz razılaşmasını təsdiqləməkdən imtinası Vaşinqtonda narazılıq yaradıb

    Hakan Fidan İstanbulda HƏMAS siyasi üzvləri atəşkəsi müzakirə edib

    İlk olaraq terrorsuz Türkiyə, sonra terrorsuz bölgə - Ərdoğan

    “Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

    Suriyaya geri dönən Suriyalıların sayı 550 mini keçib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.