11
BAKI,AzerVoice, İslam Ensiklopediyası
Fey İslam dövlətlərində qeyri-müsəlman əhalidən alınan cizyə, xərac, üşr və digər vergilər üçün istifadə olunan ümumi ad. Qeyri-müsəlmanlardan alınan qənimətlərlə əlaqəli Qurani- Kərimin əlaqədar ayələrinin (“Ənfal”, 8/1, 41; “Həşr”, 59/6-10) Məhəmməd peyğəmbər dövründəki tətbiqi, bundan əlavə, ikinci xəlifə Ömər ibn Xəttab dövründə xilafət ərazisinin genişlənməsi nəticəsində qeyri-müsəlmanlardan alınan vergilərlə əlaqəli yeni islahatlar İslam tarixinin ilk dövrlərindən feyin əhatə və istifadə çərçivəsini formalaşdırmışdır.