Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    İslamda iffətin qorunması və şəhvətin halal yolları

    24 Avqust 2025 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Allah-Təala möminlərə iffətlərini qorumağı əmr etmiş və zinanın hər növündən çəkindirmişdir. Qurani-Kərimdə axirətdə nicat tapacaq möminlərin sifətləri sadalanarkən belə buyurulur:

    “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyurlar. Yalnız zövcələri və sahib olduqları (cariyələri) istisnadır. Onlarla münasibətdə olduqları üçün qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır.”

    İslam dini insanın əks cinsə meylini fitri bir ehtiyac kimi qəbul edir və bu ehtiyacın yalnız halal yolla – nikah vasitəsilə təmin olunmasına icazə verir. Evliliyin məqsədləri arasında nəsil artırmaq, qohumluq bağları qurmaq və insan nəslinin davamını təmin etmək olduğu kimi, əsas məqsədlərdən biri də insanın təbii şəhvətini halal çərçivədə tətmin etməkdir.

    Başqa sözlə, ər-arvad dinin icazə verdiyi halal çərçivədə bir-birindən zövq ala bilərlər. Bunun xaricində şəhvəti doyurmağa yönəlmiş bütün yollar günah sayılır.

    Masturbasiya məsələsi

    Kişinin və ya qadının şəhvətini əl ilə, yaxud təsəvvür, şəkil, səs və digər vasitələrlə boşalmaqla təmin etməsi (masturbasiya) İslamda məqbul hesab olunmur. Bu cür hallarda insan oruc tutaraq şəhvətini zəiflədə bilər. Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur:

    “Sizdən evlənməyə gücü çatan evlənsin. Çünki bu, gözü haramdan daha çox qoruyar və iffəti qoruyar. Kimin gücü çatmazsa, oruc tutsun. Çünki oruc onun üçün bir sipərdir.”

    Bəzi alimlər isə insan zinaya düşmə təhlükəsi ilə üz-üzə qalarsa və başqa mübah çıxış yolu tapa bilməzsə, iki şərdən daha yüngül olanı seçmək məqsədilə masturbasiyaya müvəqqəti icazə verildiyini bildirmişlər.

    Süni vasitələr və onların fəsadları

    Bəzi insanlar süni cinsi vasitələrdən – süni orqanlardan, manekenlərdən və oxşar məhsullardan istifadəni çıxış yolu kimi görürlər. Bəzi alimlər bunu zinaya düşmə təhlükəsi qarşısında mübah saysalar da, bu vasitələrin:

    asılılıq yaratması,evliliyə alternativə çevrilməsi,boşanmalara səbəb olması, psixoloji cəhətdən insanı ailədən və məsuliyyətdən uzaqlaşdırması kimi təhlükələri var.

    Ailə daxilində problemlərin həlli

    Əgər evli insan cinsi münasibətdə məmnuniyyət tapmırsa, İslamın icazə verdiyi yollarla problemin həllinə çalışmalıdır. Bu, bəzən tibbi yardım, psixoloji dəstək və ya qarşılıqlı ünsiyyət yolu ilə ola bilər. Ər-arvadın açıq danışaraq problemi müzakirə etməsi ən doğru yoldur.

    Qeyd edilməlidir ki, ağız (oral) və anal münasibətlər, sperma udmaq kimi əməllər İslamda icazəli deyil. Amma bunun xaricində ər-arvadın bir-birinin ehtiyaclarını müxtəlif yollarla halal çərçivədə təmin etməsi caizdir.

    Cinsi münasibətdə ədəb və qaydalar

    İslam cinsi münasibəti tənzimləyən müəyyən hökmlər və ədəblər də qoymuşdur. Bunlara: yaxınlıqdan əvvəl təmizlənmək, tərəf-müqabilin istəklərini nəzərə almaq, əvvəlcədən mehribanlıq və ünsiyyət qurmaq,kimi məsələlər daxildir. Bu davranışlar Peyğəmbərimiz (s.ə.s.) və səhabələrdən gələn rəvayətlərdə öz əksini tapmışdır.

    #Sual-cavab #İslam irsi #zina #cariyələr #Masturbasiya #Peyğəmbər #süni cinsi vasitələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

    19 Noyabr 2025 14:05

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.