Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    İslamda yemək ədəbi: Peyğəmbərin tövsiyə etdiyi qaydalar

    16 Avqust 2025 13:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İslam dini müsəlmanların gündəlik həyatının nizamlı və ahəngdar olmasını istəyir. Bu mövzu həm Quranda, həm də hədislərdə geniş şəkildə izah olunub.

    Xüsusilə diqqətçəkən məqamlardan biri odur ki, Peyğəmbər Məhəmməddən (s.ə.s) gündəlik həyatla bağlı nəql olunan hədislərin böyük bir qismi məhz yemək ədəbi ilə bağlıdır. Rəsulullah bütün işlərinə Allahın adını çəkərək başlamağı xoşlayardı. Yeməkdən öncə əllərini yuyar, sağ əli ilə və qarşısında olan yeməyi yeyərdi.

    İslamda yemək ədəbinin əsas qaydaları belədir:

    Yeməyə “Bismillahirrəhmanirrəhim” deməklə başlamaq. Əgər yeməyə başlamazdan əvvəl unutqanlıq olsa, “Əvvəldə və sonda Bismillah” demək.

    Yeməyi yaxşıca çeynəyib sonra udmaq, ağzındakı tikəni udmadan yeni tikə götürməmək.

    Çörəyi dişlə qoparmamaq.

    Ağzında tikə olduğu halda danışmamaq.

    Yeməyin soyuması üçün içinə üfürməmək.

    Başqalarını iyrəndirəcək hərəkətlər etməmək.

    Başqalarının yeməyinə baxmamaq və onların yemə formasına diqqətlə nəzər salmamaq.

    Yemək yeyərkən başı boşqaba yaxınlaşdırmamaq.

    İsraf etməmək, yeməyi tam şəkildə bitirmək.

    Ağzından hər hansı şey çıxarmaq lazım gəlsə, üzünü süfrədən çevirib sol əllə ağzını örtərək etmək.

    Çörəyi yeməyə batırarkən barmaqları yeməyə salmamaq.

    Qonaqlar olduğu zaman süfrədən ilk qalxmamaq, hamının yeməyi bitirməsini gözləmək.

    Yemək zamanı yaşca böyüklərin əvvəl oturması və başlaması.

    Küçədə və ayaq üstə yemək yeməmək.

    Yeməkdən sonra Allahın nemətlərinə şükür etmək, “Əlhəmdülillah” demək.

    Yemək bitdikdən sonra əlləri yaxşıca yumaq və dişləri təmizləmək.

    Bu qaydalar həm fərdi gigiyena, həm də cəmiyyət içində qarşılıqlı hörmət və ədəb baxımından İslam mədəniyyətinin dərin hikmətini göstərir.

    #Sual-cavab #İslam irsi #Azərbaycan İslam ensiklopediyası #İslamda yemək ədəbi #Peyğəmbərin tövsiyə etdiyi qaydalar #gündəlik həyatla bağlı nəql olunan hədislər #Bismillah #Ağzında tikə olduğu halda danışmamaq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Əbu Hənifənin tələbəsi Yusifə verdiyi nəsihətlər nələrdir?

    23 Noyabr 2025 20:10
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq hüquq məni məhdudlaşdırmır - Tramp

    Səudiyyə XİN İsrail rəsmisinin Somalilanda səfəri ilə bağlı birgə bəyanat yayıb

    20-dən çox ölkə Somalinin suverenliyini dəstəkləyərək İsrail XİN rəhbərinin Somaliland səfərini qanunsuz adlandırdı

    Bu gün BMT-nin ilk iclası keçirildi

    Tarixdə bu gün – 10 yanvar

    Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrikada birgə dəniz təlimləri keçirəcək

    Bitkoin niyə “şiddətli dalğalanır”?

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.