Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Fatimilər haqqında nələri bilirik?

    21 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    FATİMİLƏR — 909–1171-ci illər arasında Şimali Afrikada, Misirdə və Suriyada hökm sürmüş şiə dövləti idi. Fatimilərin adı Həzrət Mühəmmədin qızı xanım Fatimənin adından gəlir. Özlərini Həzrət Əlinin və Fatimənin soyundan hesab edirdilər. Bu iddia tarix boyu bir çox alim arasında mübahisəyə səbəb olub.

    Fatimi dövləti İsmaililik hərəkatına əsaslanırdı. Bu hərəkat, altıncı imam Cəfər əs-Sadiqin dövründə İsmailin imam olaraq seçilməsi ətrafında yaranan mübahisələrdən doğdu. İsmaililər Cəfər əs-Sadiqin böyük oğlu İsmaili imam kimi qəbul etdilər. İsmailin erkən ölümü səbəbilə bəziləri onun ölmədiyini, gizlənərək sonradan Mehdiliklə qayıdacağını düşünürdü.

    Fatimi xilafəti 909-cu ildə Ubeydullah əl-Mehdi tərəfindən İfrikiyyədə (indiki Tunis ərazisi) quruldu. Onu bu bölgəyə göndərən dailər bölgədə yaşayan bərbərlərlə ittifaq quraraq Ağləbi hakimiyyətini devirmişdilər.

    Fatimi dövlətinin ilkin illərində Misiri ələ keçirmək üçün bir neçə cəhd baş tutmadı. Lakin Muiz Lidinillahın hakimiyyəti dövründə 969-cu ildə Misir zəbt olundu və Qahirə şəhəri yeni paytaxta çevrildi. Bu hadisə təkcə siyasi yox, həm də dini və ictimai inqilab hesab olunur. Fatimilərlə Abbasilər arasında nüfuz uğrunda gedən mübarizə məhz bu dövrdə daha da gücləndi.

    Fatimilərin Hicaz (Məkkə və Mədinə) üzərində nəzarət cəhdləri, onların ümumi İslam dünyasına təsirini artırmaq məqsədi daşıyırdı. Onlar Şam (Dəməşq), Hələb, Yəmən, Siciliya və hətta Hindistanın bəzi bölgələrinə də təsir göstərmişdilər. Lakin ümumi olaraq İslam dünyasına tam hökm edə bilmədilər.

    Fatimilərin son dövrlərində dövlət daxilində böhranlar, daxili çəkişmələr və vəzir hakimiyyətinin artması ilə zəifləməyə başladı. Sonda 1171-ci ildə Səlahəddin Əyyubi tərəfindən Fatimi dövləti dağıdıldı və Sünni Əyyubilər dövləti quruldu.

    Fatimilərdə imam – eyni zamanda xəlifə – Allahın yer üzərindəki nümayəndəsi sayılırdı. Bu imamlıq varislik yolu ilə atadan oğula ötürülürdü. Mərkəzi idarə imamın əlində cəmləşirdi və üç əsas sahəyə bölünürdü: idarə, hüquq və dəvət (təbliğat).

    Fatimi dövlətində vəzirlik zamanla artan gücə sahib oldu. Əvvəlcə imamın köməkçisi olan vəzirlər Bədr əl-Cəmali və onun ardıcılları dövründə faktiki hakimiyyətə sahib oldular. Vəzir həm hərbi komandan, həm də ali vəkillik və dini rəhbərlik funksiyalarını özündə birləşdirirdi.

    Fatimilərin hərbi təşkilatı müxtəlif etnik qruplardan ibarət idi. Orduda bərbərlər, türklə, ərəblər və digər qruplar yer alırdı.

    \Hüquqi sahədə Fatimilərin ilk qazi ailəsi – Numanilər – uzun müddət vəzifədə olmuşdu. İmamın dini fətvalarını həyata keçirən bu qazilər həm də məhkəmə işlərinə baxırdılar.

    Fatimilər dövründə elm və mədəniyyət sahəsində mühüm addımlar atıldı. Əl-Əzhər məscidi və universiteti elə bu dövrdə qurulmuş, burada hüquq, fəlsəfə, astronomiya, ədəbiyyat və digər elmlər tədris olunurdu. Xüsusilə Həkim Biamrillah dövründə "Darülilm" (Elm evi) qurularaq açıq kitabxana və tədris mərkəzinə çevrildi.

    Fatimi sarayında zəngin kitabxanalar mövcud idi. Bəzi tarixçilər bu kitabxanaları dövrünün "dünya möcüzəsi" adlandırır.

    Fatimilərin dövründə Misirdə çoxsaylı etnik və dini qruplar – bərbərlər, türklər ərəblər, qıptilər, müsəlmanlar, xristianlar və yəhudilər – bir arada yaşayırdılar. Bu, ölkənin sosial və dini müxtəlifliyini əks etdirirdi.

    Ticarət Fatimilər dövründə çiçəklənmişdi. Fustat və İsgəndəriyyə şəhərləri beynəlxalq ticarətin əsas mərkəzləri idi. Qırmızı dəniz və Aralıq dənizi vasitəsilə müxtəlif bölgələrlə ticarət əlaqələri qurulmuşdu. Dövlət, gəlirlərini əsasən torpaq vergiləri (xəraç), müəssisələrdən yığılan gəlirlər və qeyri-müsəlmanlardan alınan cizyə ilə təmin edirdi.

    Fatimi dövləti İslam tarixində ilk və yeganə İsmaili şiə xilafəti olaraq tanınır. Onların elmi, siyasi və mədəni mirası xüsusilə Misir və Şimali Afrikada dərin iz buraxmışdır.

    #İslam irsi #Fatimi xilafəti #Fatimilərin tarixi #İsmaililik və Fatimilər #Fatimilərin Misirdə hakimiyyəti #Əl-Əzhər universitetinin tarixi #Darülilm nədir #Fatimilərin siyasi sistemi #Şiə xilafəti tarixi #Fatimi və Abbasi mübarizəsi #Ubeydullah əl-Mehdi kimdir #Həkim Biamrillah dövrü #Fatimi vəzirliyi #Fatimilərin ordu sistemi #Fatimilərin vergi sistemi #Misirdə Fatimi dövründə multikulturalizm #Fatimi məhkəmə sistemi #İmam və xəlifə anlayışı #Fatimi ordusu və donanması #Fatimi kitabxanaları #Fatimilərdə təhsil və mədəniyyət #Fatimilərin ticarət siyasəti #Fatimilər və Əyyubilərin keçidi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12

    Tarixdə bu gün - 2 oktyabr

    2 Oktyabr 2025 00:02
    Demo
    XƏBƏR LENTİ

    Qubada “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

    Oktyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracı 59 milyard dolları keçib (ÖZƏL)

    Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik möhkəmləndiriləcək

    TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilir

    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?

    Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır - BMT

    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib

    Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    Cakarta dünyanın ən böyük şəhəri oldu

    Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.