Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Vergidən sədəqəyə: İslamda sosial həmrəylik ənənəsi

    28 Avqust 2025 16:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İslam cəmiyyəti hamıya bərabər hüquqların tanınması idealına digər bütün mədəniyyətlərdən daha çox yaxınlaşmışdır. Həzrət Peyğəmbərin dövründən etibarən hər bir fərdin ehtiyacları önəmli sayılırdı. Müsəlmanların özünəməxsus xüsusiyyətlərindən biri başqaları ilə maraqlanmaları və səxavətlə yardım göstərmələri idi. Kasıblara zəkatın məcburi ödənilməsi ciddi qaydada tətbiq edilirdi. Bununla yanaşı, könüllü şəkildə edilən müxtəlif yardımlar da geniş yayılmışdı.

    Ramazan ayında və Həccin sonunda verilən ianələr (fitrə) də mühüm əhəmiyyət daşıyırdı. Bu yardımlar möhtaclara, səfərdə olanlara, elm öyrənənlərə və borclulara çatdırılırdı. İanələrdən eyni cəmiyyətdə yaşayan hər kəs – istər müsəlman, istərsə də qeyri-müsəlman – faydalana bilirdi.

    İmam Qəzzali müsəlman xeyriyyəçiliyinin misilsiz cəhətini belə vurğulayır: “Müsəlman, ehtiyacı olan qardaşına o istəməsə də, hətta istəməsini gözləmədən yardım etməlidir. Əgər insan yardım istəməyə məcbur qalırsa, bu, artıq cəmiyyətin nizamının pozulduğunun göstəricisidir.”

    Müsəlman cəmiyyətində yaşayan sağlam qeyri-müsəlman kişilər isə cizyə vergisi ödəmək məcburiyyətində idilər. Çünki onlar hərbi xidmətə cəlb olunmurdu. Əgər könüllü şəkildə hərbi xidmətə qatılırlarsa, bu vergidən azad edilirdilər. Cizyə qeyri-müsəlmanların qorunması üçün istifadə olunurdu. İslam tarixində müsəlmanlar bu vəzifəni yerinə yetirə bilmədikləri hallarda qeyri-müsəlmanların ödədiyi vergini geri qaytarırdılar. Məsələn, müsəlman ordusu bir şəhəri tərk etmək məcburiyyətində qaldıqda, rəhbərlik həmin şəhərin xristian icmasına ödənilən bütün cizyəni geri vermişdi.

    Hətta Bizansın İskəndəriyyədə qarət etdiyi qıptilər müdafiəsiz qaldıqlarında, müsəlman sərkərdə onlara dəymiş ziyana görə təzminat ödəyib.

    Orta Şərqdə qonaqpərvərlik də xüsusi yer tuturdu. Yolçunu gülərüzlə qarşılamaq, ona yemək və qalacaq yer vermək adət idi. Hətta o, günahkar və ya cinayətkar olsa belə, qorunurdu. Tarixi rəvayətlərdə Bədəvi qadın Füqeyhənin çadırına sığınan yolkəsəni canı bahasına qorumasından bəhs olunur. İkinci xəlifə Ömər yoxsullara şəkəri çox sevdiyi üçün onlara şəkər paylayırdı.

    Peyğəmbər buyurur:

    “Gülərüz olmaq sədəqədir.
    Bir insanı yaxşılığa təşviq etmək sədəqədir.
    Pis əməli qadağan etmək sədəqədir.
    Azmış birinə yol göstərmək sədəqədir.
    Kor birinə yardım etmək sədəqədir.
    Yolda gördüyün daşı kənara qoymaq sədəqədir.
    Susuz insana su vermək isə ən gözəl xeyir işlərdəndir.”

    Hətta Həzrət Peyğəmbər döyüş əsnasında su istəyən düşmən əsgərlərinə hücum edilməsinə mane olmuşdur. Bu hadisə İslamın humanist münasibətinin nadir və qiymətli nümunəsidir.

    İslamda sədəqənin ən mühüm cəhətlərindən biri gündəlik həyatını təmin etmək imkanı olmayanlara verilməsi idi. Buna elmə həsr olunmuş alimlər, elm yolunda olanlar, başqalarına yardım göstərməyə çalışanlar və fiziki qüsurlu insanlar daxil idi. Bu prinsiplər sonradan dövlət tərəfindən dəstəklənəcək sosial təminat sisteminin əsasını qoymuşdu.

    İslam tarixində çoxlu nümunələr göstərir ki, bu din bərabərlik prinsipini təsdiqləmişdir. Qulların azad olub hökmdar səviyyəsinə yüksəlməsi, eləcə də sadə ailələrdən çıxmış alimlərin böyük şöhrət qazanması bunun sübutudur.

    Heyvanlara münasibətdə də İslam xüsusi yanaşma sərgiləmişdir. Quranda deyilir: “Bütün heyvanlar və quşlar sizin kimi bir ümmətdir.” Heyvanların da öldükdən sonra bir həyatı olduğu bildirilir. Müfəssir Zəməxşəri bu ayəni belə izah edir: heyvanlar axirətdə dünyada onları sevən insanlarla birlikdə yaşayacaqlar. Razi isə qiyamət günü heyvanların onlara qarşı pislik edən insanlardan haqlarını almaq üçün Allahın hüzuruna çıxacağını bildirir.

    Həzrət Peyğəmbər heyvanlara xüsusi qayğı göstərmişdi. Məsələn, məsciddə pişiyi bayıra çıxarmaq istəyənlərə mane olmuş, hətta pişiyin yanında namaz qıldırmışdır. Bir səfərdə namaz vaxtı gəlmişkən, əvvəlcə dəvələrin suvarılmasını gözlətmişdir. Başqa bir vaxt isə dəvənin üstündə moizə oxuyan adama işarə edərək: “Heyvan kürsü deyil”, – demişdir.

    Quş balalarını yuvadan götürənlərə qəzəblənmiş, heyvanlara yaxşılıq edən qadını isə belə mədh etmişdir: “Heyvana yaxşılıq etməyin savabı vardır.”

    İslam insanlardan bütün canlılara qarşı mərhəmətli və qayğıkeş olmağı tələb edir. İngilis səyyah R.V.K. Bodli Şərqi Asiyada bir müsəlman ölkəsində gördüyü hadisəni belə nəql edir: Küçədən keçərkən cənazə daşıyan insanlar tabutu bir neçə addım daşıyıb başqalarına ötürürdülər. Həmin vaxt dəbdəbəli maşında gedən bir iş adamı dayanıb, düşərək tabutu bir neçə addım daşıdı və sonra yoluna davam etdi. Bodli bu hərəkətdən dərin təsirlənmişdi.

    Əslində, cənazəni daşımaq üçün heç bir məcburiyyət yox idi, amma tabutu çiyninə almaq savab sayılır. Ola bilər ki, bu hərəkəti edənlərin ağlında savab qazanmaq fikri olmayıb. Amma bu davranış hər bir müsəlmanın içindən gələn təbii bir hissin təzahürüdür. İstənilən müsəlman cənazəsi kifayət edir – qalanı önəmli deyil.

    #İslam irsi #İslamda səbr #İslamda cinlər #İslamda günah və cəza #İslamda qədər və tale #İslamda elmi tərəqqi #İslamda elm və fəlsəfə #İslamda heyvan hüquqları #İslamda cizyə vergisi nədir #Müsəlman cəmiyyətində mərhəmət #Quranda heyvanlara münasibət #Qeyri-müsəlmanların hüquqları İslamda necə qorunur #Peyğəmbər Məhəmmədin heyvanlara qarşı davranışı #İslam cəmiyyətində kasıblara yardım formaları #Sədəqə yalnız pula aid deyil – İslamda sədəqə növləri #Zəməxşəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

    Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü keçirilib

    Almaniya kansleri Fridrix Mers dekabrda İsrailə səfər edəcək

    Rəfahdakı tunellərdə doqquz HƏMAS döyüşçüsünün cəsədi aşkarlanıb

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    Clean Energy Capital MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

    Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    Oktyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracı 33 milyard dolları keçib (ÖZƏL)

    Ramos Dünya Çempionatında iştirak etmək istəyir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.