Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Livan Rəsmi Dairələri Hizbullahın Silahsızlaşdırılması Üçün Hərəkətə Keçir

    15 Mart 2025 00:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın dəstəklədiyi Hizbullahın silahsızlaşdırılması, Nəvaf Salam hökumətinin qarşısında duran əsas problemlərdən biridir. Bu məsələ həm prezidentin andiçmə nitqində, həm də fevral ayında parlamentin etimadını qazanan hökumətin proqram bəyanatında qeyd olunmuşdu.

    Bu məsələ, Livanın beynəlxalq ictimaiyyət və noyabr ayında İsraillə əldə olunan atəşkəs sazişinin təminatçıları qarşısında götürdüyü öhdəliklərdən biridir.

    Ədliyyə naziri Hizbullahın silahsızlaşdırılması məsələsinin Nazirlər Kabinetinin gündəliyinə salınmasını tələb edir

    Livanın siyasi və hökumət rəsmiləri hesab edirlər ki, bu məsələnin həllinin gecikdirilməsi nə ölkənin, nə də yeni hakimiyyətin maraqlarına uyğundur. Beynəlxalq ictimaiyyət Livana hər hansı yardımı, o cümlədən yenidənqurma prosesini bu addımla əlaqələndirir.

    Livan mənbələrinin bildirdiyinə görə, ədliyyə naziri Adil Nassar cümə axşamı günü keçirilən və təhlükəsizlik və hərbi təyinatların təsdiqləndiyi Nazirlər Kabineti iclasında, Hizbullahın silahlarının dövlətə təhvil verilməsi məsələsinin növbəti iclasın gündəliyinə salınmasını tələb edib.

    Nassar həmçinin, ümumilikdə silahlanma məsələsinin mümkün qədər tez araşdırılmasına başlanmasını istəyib.

    Bu həftənin əvvəlində Livanın xarici işlər naziri Yusif Raci Hizbullahı sərt tənqid edərək bildirib ki, andiçmə nitqində və hökumət bəyanatında ölkənin tam suverenliyini bərpa edəcəyinə dair götürülən öhdəliklər sözdə deyil, əməldə yerinə yetiriləcək.

    "Hizbullahın apardığı başını quma soxma siyasəti Livanı xilas etməyəcək. Beynəlxalq ictimaiyyət Livana təzyiq göstərir və istənilən yardım və maliyyə yardımı müvafiq beynəlxalq qərarların icrası ilə şərtləndirilir.Dövlət seçimini bəyənməyənlər alternativ bir yol təklif etsinlər. Hazırda yeganə çıxış yolu dövlətin işləməsinə imkan verməkdir. Daxildəki bəzi tərəflərin müharibə ehtimalı ilə bağlı qorxular yaymasına baxmayaraq, bu mümkün deyil. Çünki vətəndaş müharibəsi üçün ən azı iki tərəf lazımdır, halbuki siyasi qüvvələr artıq dövlətə inteqrasiya olunub və siyasətlə məşğul olmağa qərar veriblər.”-deyə nazir bildirib.

    Raci vurğulayıb ki, "biz gecikdikcə təzyiqlər artır, şərtlər sərtləşir və nəticədə daha ağır güzəştlərə getməyə məcbur oluruq. Cənubi Litani bölgəsində ordu yerləşdirilsə də, bu, beynəlxalq ictimaiyyət üçün kifayət deyil, çünki atəşkəs sazişi ordunun şimal bölgəyə də yerləşdirilməsini tələb edir. Lakin Hizbullah bu sazişi fərqli şəkildə şərh edir.”

    Hizbullahın silahı təhvil verməsi gözlənilmir

    Müşahidəçilər hesab edirlər ki, daxili təzyiqlərə baxmayaraq, Hizbullahın silahlarını təhvil verəcəyi ehtimal olunmur. Çünki bu, onun mövcudluğunun əsasını təşkil edir. Son müharibədə ağır zərbələr almasına baxmayaraq, o, silahını asanlıqla təslim etməyəcək. Bu, təşkilatın baş katibi Naim Qasımın son çıxışından da açıq görünür.

    Eyni zamanda, müşahidəçilər bildirirlər ki, prezident Cozef Aun və baş nazir Nəvaf Salam bu məsələni İsraillə sərhədin müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələrinə qədər təxirə salmağı üstün tuturlar.

    Hərbi və təhlükəsizlik təyinatlarının aparılma üsulu da bu mövqeyi əks etdirir. Çünki təyinatlar yenə də əvvəlki kimi məzhəb və siyasi balanslara əsaslanaraq həyata keçirilib.

    Millət vəkili Əbdürrəhman əl-Bizri isə bildirib ki : "Livan xalqı, hökuməti və prezidentliyi olaraq, Hizbullahın silah məsələsini düzgün və uyğun yollarla həll etməlidir. Bu, Taif Sazişinin icrası və dövlətin bütün ərazi üzərində suverenliyinin bərpası üçün vacibdir. Beynəlxalq ictimaiyyət də İsrailin Livanın bəzi ərazilərində mövcudluğunu işğal kimi qəbul etməli və bu işğalın sona çatması üçün qəti tədbirlər görməlidir."

    Bizri əlavə edib ki, "parlamentdəki bütün siyasi bloklar, o cümlədən 'Müqavimətə Sadiqlik' və 'İnkişaf və Azadlıq' blokları, prezidentin andiçmə nitqini və hökumətin Taif Sazişinə əsaslanan proqram bəyanatını dəstəkləyiblər.

    #Livan #İsrail və Livan münaqişəsi #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır - Lİvan XİN

    13 Dekabr 2025 09:38

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    27 Noyabr 2025 11:28

    Livan və Cənubi Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşma imzalanıb

    26 Noyabr 2025 17:31

    İsrailin hücumları Livanda 127-dən çox mülki şəxsin ölümünə səbəb olub - BMT

    25 Noyabr 2025 18:01
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.