Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Livanın xarici işlər naziri Yusif Raci İranın xarici işlər naziri Abbas Əraqçinin Tehrana səfər dəvətini geri çevirib və görüşün üçüncü, neytral ölkədə keçirilməsini təklif edib.

    AzerVoice xəbər verir ki, nazir Raci bu barədə çərşənbə günü sosial şəbəkə X-də paylaşım edərək hazırkı şərait səbəbindən “dəvəti qəbul edə bilmədiyini” bildirib.

    O, bunun dialoqun rədd edilməsi kimi anlaşılmamalı olduğunu, sadəcə “münbit şəraitin yaranmadığını” vurğulayıb.

    Nazir bildirib ki, İranla hər hansı yeni diplomatik təmas Livanın suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq və dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq prinsiplərə əməl olunması kimi əsas meyarlara dayanmalıdır.

    Beyrut rəsmiləri bir daha xatırladıb ki, Livan Tehranla diplomatik kanalları açıq saxladığı halda, ölkənin daxili proseslərinə hər hansı xarici müdaxiləni qəbul etmir və bu mövqe dəfələrlə İrandan gələn nümayəndə heyətlərinə çatdırılıb.

    Xatırladaq ki, İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin avqust ayında Beyruta səfəri zamanı tərəflər arasında gərginlik açıq şəkildə hiss olunmuşdu. Laricani “vaxtının olmadığı” üçün Raci ilə görüşmədiyini demiş, nazir isə buna cavab olaraq “Mənim vaxtım olsaydı belə, onunla görüşməzdim” ifadəsini səsləndirmişdi.

    Livanın sabiq xarici işlər naziri Fəris Buəyz bildirib ki, Racinin mövqeyi Tehran-Beyrut münasibətlərinin “tam formalaşmadığı” barədə aydın diplomatik mesajdır. Onun sözlərinə görə, tərəflər arasında ciddi fikir ayrılığı olduqda ilk görüşlər adətən üçüncü ölkədə keçirilir.

    Buəyz hesab edir ki, Racinin mövqeyi həm Prezident Cozef Aun, həm də Baş nazir Nəvaf Səlamın siyasi xəttinə uyğundur və İranın Livandakı müəyyən qruplara dəstəyini dayandırmalı olduğuna dair dolaylı siqnal kimi qiymətləndirilə bilər.

    Livan rəsmiləri dəfələrlə İranı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Avqust ayında keçirilən görüşdə Prezident Aun yenidən bəyan etmişdi ki, Livanda heç bir qrup xarici dəstəyə və ya silahlı fəaliyyətə arxalana bilməz.

    Bəzi müşahidəçilər Racinin mövqeyini İranın Livandakı təsirinin azalması kimi qiymətləndirsələr də, Fəris Buəyz prosesin daha çox ABŞ–İran münasibətlərinin trayektoriyasından asılı olduğunu deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı dialoq gərginləşdikcə Livanda da vəziyyət sərtləşir, əksinə yumşaldıqda Beyrut müəyyən rahatlıq yaşayır.

    #İran #Livan #Beyrut #Tehran #Abbas Əraqçi #livan xin #Regional təhlükəsizlik #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #Yusif Raci #Yaxın Şərq diplomatik balansı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Ərdoğan Misirə səfər edəcək

    4 Fevral 2026 11:03

    Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb

    3 Fevral 2026 17:48

    Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    3 Fevral 2026 17:33

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb

    3 Fevral 2026 15:34

    Azərbaycan və Meksika arasında turizm əlaqələri müzakirə edilib

    3 Fevral 2026 15:18

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verib

    3 Fevral 2026 10:30

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    Tokayev Pakistana rəsmi səfər edəcək

    2 Fevral 2026 13:22
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

    Sülh hər bir kəsə lazımdır - Ermənistanın Baş naziri

    Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar - Paşinyan

    Prezident İlham Əliyev: Azərbaycan və Ermənistanın nümunəsi hələ də müharibə vəziyyətində olanlar tərəfindən mənimsənilməli və qəbul edilməlidir

    Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib

    Prezident İlham Əliyev: Biz sülh şəraitində yaşamağı öyrənirik

    Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir

    Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edir

    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

    Postmüharibə dövründə 4 minə yaxın qaziyə reabilitasiya xidmətləri göstərilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.