Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Sülhməramlı Qüvvələri (UNIFIL) bəyan edib ki, İsrail ordusunun dünən Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır.

    AzerVoice xəbər verir ki, UNIFIL-in yaydığı yazılı açıqlamada bildirilib ki, İsrail qüvvələri Livanın cənubunda yerləşən Caba, Mahruna, Baraşit və əl-Məcədil yaşayış məntəqələrinə hava hücumları həyata keçirib.

    Açıqlamada qeyd olunub ki, bu hücumlar 1701 saylı qətnamənin pozulması deməkdir və tərəflərə 2024-cü ilin noyabrında əldə olunan atəşkəsə əməl etmələri çağırışı edilib.

    Qeyd edək ki, Livanda vətəndaş müharibəsinin başlamasından sonra İsrail 1978-ci ildə Livan ərazisinə daxil olaraq Cənubi Livanı işğal edib. Həmin il BMT Təhlükəsizlik Şurası İsrailə qoşunlarını Livandan çıxarmaq çağırışı edib.

    Livanın müraciəti əsasında, İsrail qüvvələrinin çıxarılmasını təsdiqləmək, bölgədə sülh və təhlükəsizliyi bərpa etmək və Livan hökumətinin ölkənin cənubu üzərində nəzarətini gücləndirməsinə dəstək vermək üçün 19 mart 1978-ci ildə UNIFIL yaradılıb.

    Təhlükəsizlik Şurası 12 iyul 2006-cı ildə Livan ilə İsrail arasında başlayan müharibəyə son qoymağı nəzərdə tutan 1701 saylı qətnaməni 11 avqust 2006-cı ildə yekdilliklə qəbul edib.

    Qətnamə İsrailin Mavi Xəttin gerisinə çəkilməsini, həmin xəttlə Litani çayı arasındakı bölgənin silahsızlaşdırılmasını və burada yalnız Livan ordusu ilə UNIFIL-ə aid silah və hərbi texnikanın yerləşdirilməsini nəzərdə tutur.

    #BMT #Livan #Livan xəbərləri #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrailin Livandan geri çəkilməsi #İraq və Livan müqavimət hərəkatı #Livanda regional siyasət #BMT UNIFIL mandatı #UNIFIL sülhməramlı qüvvələri #Livanın cənubu UNIFIL #UNIFIL-in Livandakı fəaliyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sudanda mülki şəxslərə qarşı zorakılıq artıb - BMT

    5 Dekabr 2025 09:36

    İraq Hizbullahı və Husiləri terror təşkilatı kimi qəbul etdi

    4 Dekabr 2025 14:08

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin tərəfdaşları ilə əlaqələrini genişləndirir

    29 Noyabr 2025 12:42

    Sudan münaqişəsində ölənlərin sayı 40 minə çatıb - BMT

    28 Noyabr 2025 16:49

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır - BMT

    27 Noyabr 2025 16:20

    Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya 21 il həbs cəzası verilib

    27 Noyabr 2025 16:11

    Cakarta dünyanın ən böyük şəhəri oldu

    27 Noyabr 2025 15:43
    Demo
    XƏBƏR LENTİ

    “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

    Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb: açarlar təqdim olunub

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib

    Türkiyənin sement ixracı 4 milyard dolları keçib (ÖZƏL)

    Rusiya və Hindistan liderləri strateji əməkdaşlığı gücləndirdi

    Qalatasaray və Fənərbaxça futbolçuları mərclik qalmaqalında saxlanılıb

    Türkiyənin hazır geyim ixracı 15 milyard dolları keçib (ÖZƏL)

    Şuşa şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası başlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.