Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır - Lİvan XİN

    13 Dekabr 2025 09:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI,AzerVoice, Nailə Babazadə

    Livanın xarici işlər naziri Yusuf Rəcci İsrailin Livana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığına dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar aldıqlarını bildirib.

    AzerVoice xəbər verir ki, nazir Rəcci Qətər mərkəzli “Al Jazeera” ərəb televiziya kanalına gündəmlə bağlı açıqlamalar verib.

    Rəcci atəşkəsə baxmayaraq İsrailin Livan ərazisinə hücumlarını davam etdirdiyinə diqqət çəkərək, bunun dayandırılması üçün intensiv diplomatik fəaliyyət apardıqlarını qeyd edib.

    Atəşkəsə Nəzarət Komitəsi çərçivəsində aparılan danışıqlara paralel olaraq İsrail hücumlarının davam etdiyini vurğulayıb.

    “İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyat və intensiv hücum hazırlığında olduğuna dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar almışıq.” - deyə Rəcci qeyd edib.

    Rəcci bildirib ki, Livan ordusunun ilin sonuna qədər ölkənin cənubunda, Litani çayının cənubunda yerləşən ərazilərə yerləşərək silahların dövlətin inhisarında toplanması ilə bağlı vəzifəni yerinə yetirəcəyinə inanırlar. O, Təl-Əvivlə aparılan danışıqların məqsədinin İsrail hücumlarının dayandırılması və işğal etdiyi ərazilərdən geri çəkilməsi olduğunu qeyd edib.

    “Bu mərhələdə İsraillə sülh sazişindən uzağıq.” - deyə Rəcci vurğulayıb.

    Silahların dövlətin nəzarətində toplanması məsələsinə toxunan Rəcci, Hizbullahın silahlarının İsrail hücumlarının qarşısını almadığını iddia edib.

    “Milli maraqlar naminə dövlət Hizbullahla silahlarını təhvil verməsi üçün dialoq aparır, lakin Hizbullah indiyədək bunu rədd edir. Hizbullah silahlarını təhvil verməlidir.” - deyə o qeyd edib.

    Livan Nazirlər Kabineti 5 avqustda silahların dövlətin inhisarında toplanması gündəmi ilə iclas keçirərək, orduya “ilin sonuna qədər silahların toplanması ilə bağlı plan hazırlamaq” tapşırığı vermişdi.

    #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Suriya İsrail Livan geosiyasəti #Livan İsrail münasibətləri #livan hizbullah israil #İsrailin Livan hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    28 Noyabr 2025 13:45

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    27 Noyabr 2025 11:28

    Livan və Cənubi Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşma imzalanıb

    26 Noyabr 2025 17:31

    İsrailin hücumları Livanda 127-dən çox mülki şəxsin ölümünə səbəb olub - BMT

    25 Noyabr 2025 18:01

    Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

    24 Noyabr 2025 18:47
    Demo
    XƏBƏR LENTİ

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    Azərbaycan nefti bahalaşıb

    Azərbaycan və "Meta" şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

    “Laçın” tankeri ilə daşınan yük 225 min tonu ötüb

    Qalatasaray bu axşam Antalyaspor ilə qarşılaşır

    Bakıda “16-cı NATO günləri” keçirilib

    Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

    Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

    Premyer Liqada XV tura start veriləcək

    İsrail Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır - Lİvan XİN

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.