Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Livan ilə İsrail arasındakı müzakirələr ABŞ və Avropanın güclü təzyiqləri altında davam edir və tərəflər masaya fərqli prioritetlərlə gəlirlər.

    AzerVoice xəbər verir ki, Vatikan Dövlət Başçısı Papa XIV Leo-nun Livan səfərini tamamlamasının ardından, İsrail və Livan 3 dekabrda "Mexanizm" kimi tanınan Atəşkəsi Nəzarət Komitəsinin toplantılarına qarşılıqlı olaraq mülki nümayəndə göndərməyi qərara alaraq müzakirə prosesini yeni mərhələyə daşıyıb.

    ABŞ və Avropanın təzyiqi ilə sürət qazanan prosesdə, Livan heyətinə mülki nümayəndə kimi təyin edilən Səfir Simon Keremin səlahiyyətləri və müzakirələrin gündəliyi ətrafında mübahisələr ortaya çıxıb.

    Livan Prezidenti Cozef Aun görüşlərdə ölkənin suverenliyindən güzəşt edilməyəcəyini qeyd edərək, Səfir Keremə verilən vəzifənin yalnız "təhlükəsizlik müzakirələri" ilə məhdud olduğunu vurğulayıb. Buna qarşılıq olaraq silahlarını təhvil verməyəcəyini açıqlayan Hizbullahın Baş Katibi Naim Qasım, mülki nümayəndə qərarını “səhv və İsrailin xeyrinə güzəşt” adlandırıb.

    Tərəflər masaya fərqli prioritetlərlə gəlir. Anadolu Agentliyinə danışan ekspertlərin sözlərinə görə, İsrail sərhəd xəttini “iqtisadi zona” anlayışı altında təhlükəsizlik səbəbləri ilə yenidən tənzimləməyi hədəfləyərkən, Livan müzakirələrin mərkəzinə davamlı atəşkəs, hücumların dayandırılması və işğalın sona çatmasını qoyur.

    Ekspertlər mövcud müzakirə mərhələsinin hər iki tərəf üçün “son dərəcə mürəkkəb və həssas” olduğunu vurğulayaraq, siyasət və iqtisadi məsələlərin iç-içə keçdiyi bu prosesdə, bölgədəki tarazlıqların gələcəkdə əldə olunacaq hər hansı bir razılaşmanın istiqamətini müəyyən etməkdə kritik rol oynayacağını bildirirlər.

    #Livan #Roma papası #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Cözef Aun və Hizbullah #Papa XIV Leo #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri #İsrailin Livan hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir

    20 Yanvar 2026 10:44

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    19 Yanvar 2026 16:05

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Venesuela xalqının rifahı hər şeydən üstün olmalıdır - Roma Papası

    4 Yanvar 2026 19:57
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə zəlzələ risqinə qarşı sənaye yatırımlarının Anadoluya köçürülməsi planlaşdırılır

    Zəngilan rayonuna növbəti köç karvanı yola salındı

    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub

    Yerə inamı itirəndə gözümüzü göyə dikirik: Müasir cəmiyyətin 'Yadplanetli' təsəllisi

    Zəngin süfrə, böyük bərəkət: Yuxuda ziyafət verməyin gizli mənaları

    Ukraynanın təhlükəsizlik təminatları: mexanizmlər nələrdir və niyə yetərsiz qala bilər?

    Bosniya və Herseqovinanın XİN rəhbəri Türkiyəni qlobal siyasətdə supergüc adlandırıb

    Bu gün Leninqrad mühasirəsi sona çatıb

    Tarixdə bu gün - 27 yanvar

    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.