Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin hücumları Livanda 127-dən çox mülki şəxsin ölümünə səbəb olub - BMT

    25 Noyabr 2025 18:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan bildirib ki, İsrail ordusunun hücumları, 2024-cü ilin noyabrında Livanda atəşkəsin qüvvəyə mindiyi dövrdən bəri ən az 127 mülki şəxsin ölümünə səbəb olub.

    AzerVoice xəbər verir ki, Al-Kheetan Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında İsrail-Livan atəşkəsinin əldə edilməsindən təxminən bir il keçdiyini xatırladıb və İsrail ordusunun hücumlarının artdığını, bunun nəticəsində Livanda mülki şəxslərin hədəf alındığını bildirib.

    O qeyd edib ki, ən son və ən ölümcül hücum Sayda şəhəri yaxınlığındakı Ayn əl-Hilvə düşərgəsinə edilib. Hücum nəticəsində 11-i uşaq olmaqla ən az 13 mülki şəxs həyatını itirib, 6 nəfər yaralanıb. Al-Kheetan vurğulayıb ki, bu hücumlarda ölənlərin hamısı mülki şəxslərdir və bu, İsrail ordusunun beynəlxalq humanitar hüququ pozma ehtimalına dair ciddi narahatlıq doğurur.

    Sözçü həmçinin İsrailin hücumlarının yalnız insanların həyatına deyil, eyni zamanda yaşayış yerlərinə, yollara və digər mülki infrastruktura ciddi zərər vurduğunu qeyd edib. Bu vəziyyət, xüsusilə Livanın cənubunda məcburi köçkünlərin evlərinə geri dönmə və bərpa işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.

    "Hazırda ölkə üzrə 64 mindən çox Lübnanlı, əsasən cənub bölgəsində yaşayanlar, məcburi köçkün vəziyyətindədir. İsrail, Livan ərazisində 4 min kvadratmetrlik bir zonanı əhalinin girişinə bağlayan divar tikməyə başlayıb ki, bu da insanların torpaqlarına geri dönmə hüququna mənfi təsir göstərir. Məcburi köçkün olmuş hər kəs evinə geri dönə bilməli və bərpa işləri dəstəklənməlidir." - deyə Al-Kheetan vurğulayıb.

    #Qəzza #BMT #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #Livan-İsrail gərginliyi #Livan-İsrail sərhəd gərginliyi #İsrail Livanda hərbi mövcudluq #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.