BAKI, AzerVoice
"Trabzonspor" "Volfsburq"un çexiyalı futbolçusu Vatslav Çernini heyətinə qatmaq istəyir.
AzerVoice xəbər verir ki, cinah rotasiyasını gücləndirmək istəyən "Trabzonspor" çexiyalı futbolçu Vatslav Çerni üçün danışıqları davam etdirir.
"Sabah"ın məlumatına görə, ötən mövsüm "Reyncers"də icarə əsasında çıxış edən futbolçunun transferi üçün "Volfsburq"la masa arxasına oturan rəhbərlik 10 milyon avroluq gözləntidən sonra əyləci basıb.
27 yaşlı futbolçunun transferi çox istənilsə də, bu rəqəmləri açıqlamaq istəməyən “Blar-Mavilər” danışıqları davam etdirir.
Rəhbərlik bazarlıq yolu ilə qiyməti daha da aşağı salmaq istəyir.
Ötən mövsüm Şotlandiya təmsilçisində 52 oyun keçirən Cerni 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Təcrübəli futbolçunun adı “Beşiktaş”da da hallanır.