Əsas səhifə » Beşiktaş Orkun Kökçünü heyətinə qatmaq istəyir

Beşiktaş Orkun Kökçünü heyətinə qatmaq istəyir

BAKI, AzerVoice

Türkiyənin Beşiktaş klubu, Portuqaliyanın Benfika komandasında çıxış edən Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçünün transferi üçün danışıqlara başlayır.

AzerVoice xəbər verir ki, klubdan əldə edilən məlumata görə, Beşiktaş rəhbərliyi yaxın günlərdə Benfika ilə Orkun Kökçünün transferi ilə bağlı rəsmi görüş keçirməyə hazırlaşır.

Məlumata əsasən, futbolçunun özü də Lissabon təmsilçisindən ayrılmaq niyyətindədir və Portuqaliya klubu bu ayrılığa müsbət yanaşır.

Orkun Kökçü 2023/24 mövsümündə Benfika formasını 55 oyunda geyinib. Futbolçu bu müddətdə 12 qol vurub və 11 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Beşiktaşın bu transferi reallaşdırmaq üçün ciddi səylər göstərdiyi və danışıqların yaxın günlərdə konkret mərhələyə keçəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice