8
BAKI, AzerVoice
Beşiktaş 2025-2026 mövsümünün hazırlıqlarına 28 iyun şənbə günü başlayacaq.
AzerVoicexəbər verir ki,Beşiktaş yeni mövsüm hazırlıqlarına 28 iyun şənbə günü BJK Nevzat Demir təlim-məşq bazasında keçirəcəyi məşqlə start verəcək.
İstanbuldakı hazırlıqlarını 3 iyul cümə axşamına qədər davam etdirəcək qara-ağlı komanda, xarici ölkə təlim-məşq toplanışını isə 4–18 iyul tarixləri arasında Avstriyanın Bad Erlach qəsəbəsində keçirəcək.
Beşiktaş, yeni mövsüm hazırlıqları çərçivəsində Avstriya toplanışı zamanı 4 yoxlama oyunu keçirəcək.