Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Yılmaz Tunç 700 PKK-lının azad ediləcəyi iddialarını təkzib edib

    30 İyul 2025 12:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, bəzi media orqanlarında yayılan 700 PKK üzvünün azadlığa buraxılacağı iddialarını qəti şəkildə təkzib edib.

    AzerVoice xəbər verir ki, nazir bu iddiaların əsassız və ictimaiyyəti çaşdırmağa yönəlmiş məlumatlar olduğunu bildirib.

    Tunç qeyd edib ki, bu rəqəmlər həqiqəti əks etdirmir və müəyyən qəzetlərin manşetlərə daşıdığı bu cür xəbərlər hüquqi reallıqlara əsaslanmır.

    O, terror təşkilatlarının silah buraxması ilə bağlı yayılan digər xəbərlərə də toxunaraq, bunun hər hansı siyasi və ya hüquqi bazarlığın nəticəsi olmadığını vurğulayıb.

    “Dövlət heç bir zaman terrorçularla masa arxasında oturmaz. Dövlətin əsas prinsipi hüququn üstünlüyüdür və bu mövzularda yalnız qanunlar işləyər”- deyə nazir bildirib.

    Yılmaz Tunç həmçinin qeyd edib ki, PKK ilə əlaqələndirilən Veysi Aktaşın azadlığa çıxması, qanuni müddətin tamamlanması ilə bağlıdır və bu məsələ ilə bağlı hər hansı yeni hüquqi dəyişiklik həyata keçirilməyib.

    Nazir əlavə edib ki, ağır xəstə məhkumlarla bağlı son illərdə qanunvericilikdə dəyişikliklər edilib və müəyyən şərtlərlə onların evdə cəza çəkməsi mümkün olub.

    #Türkiyə #PKK #Türkiyə Ədliyyə Nazirliyi #Yılmaz Tunc #PKK terror təşkilatı #PKK və Türkiyə münaqişəsi #PKK-nın silahları yerə qoyması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    25 Dekabr 2025 12:43

    Türkiyə və Belarus viza tələblərinin qarşılıqlı ləğvi protokoluna dəyişiklik edib

    25 Dekabr 2025 10:48

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    25 Dekabr 2025 02:00

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    24 Dekabr 2025 21:09

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Zəngəzur dəhlizinin reallaşması ilə ticarətimiz sürətlə artacaq - Ömər Bolat

    23 Dekabr 2025 12:50

    Ömer Bolat: Azərbaycan investorları Türkiyə üzərindən Afrika, Yaxın Şərq və Aİ bazarlarına çıxış imkanlarını genişləndirir

    23 Dekabr 2025 11:50

    AZPROMO: Türkiyə şirkətləri üçün Azərbaycanın xüsusi iqtisadi zonalarına və logistika mərkəzlərinə səfərlər təşkil ediləcək

    23 Dekabr 2025 11:42

    Türkiyə Qarabağın yenidən qurulmasında əsas tərəfdaşlardan biridir - Ömər Bolat

    23 Dekabr 2025 11:36

    SOCAR Türkiyənin enerji şirkəti ilə saziş imzaladı

    23 Dekabr 2025 11:33

    Azərbaycan-Türkiyə strateji müttəfiqliyi yeni investisiya mərhələsinə yüksəlir - Səməd Bəşirli

    23 Dekabr 2025 11:28

    Milli Məclisin növbəti iclası keçirilir

    23 Dekabr 2025 11:24
    Demo
    XƏBƏR LENTİ

    Avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    Ermənistan kilsəsi torpaq sahələrinə təmənnasız sahib olma hüququndan məhrum edilib

    İstanbulda Yeni il gecəsi hücum planlaşdıran 100-dən çox şübhəli saxlanılıb

    Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    Türkiyədən Özbəkistana dəri ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Əfqanıstanın polis rəisi Tehranda öldürülüb

    Səudiyyə Ərəbistanının yeni humanitar yardım karvanı Rəfahdan keçərək Qəzzaya gedib

    Ənvər Sədat - Misirin dövlət başçısı və taleyüklü lideri...Bu gün onun doğum günüdür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.