Əsas səhifə » Beşiktaşda Ciro Immobile qərarı

Beşiktaşda Ciro Immobile qərarı

BAKI, AzerVoice

Beşiktaş rəhbərliyi davam etməyi planlaşdırmadıqları İmmobile ilə vidalaşmaq üçün futbolçunun agentini İstanbula çağırıb.

AzerVoice xəbər verir ki "Beşiktaş" rəhbərliyi yeni mövsümdə davam etməyi planlaşdırmadığı Ciro İmmobile üçün hərəkətə keçib.

“Hürriyet”də yer alan xəbərə görə, daha bir il müqaviləsi olan 35 yaşlı futbolçu, futbolçunun yüksək xərci və təhlil qrupunun bu mövsüm verdiyi töhfənin kifayət qədər qeyri-sabit olduğu haqda verdiyi hesabata görə meneceri tərəfindən İstanbula çağırılıb.

Maaş (6 milyon avro), imza bonusu (2 milyon avro) və vergi (2,5 milyon avro) daxil olmaqla illik xərci 10,5 milyon avro olan italyan ulduz haqqında prezident Serdal Adalı, "İmmobile gələn mövsümün pulunu alıb getmək istəməz, o xarakterdə deyil. Mövsümün sonunda gedəcəyini düşünürük" demişdi. Dəfələrlə komandada qalmaq istədiyini bildirən İmmmobilenin rəhbərliyin bu hərəkətinə necə cavab verəcəyi maraq doğururdu.

İtaliyalı forvard bu mövsüm "Beşiktaş"ın heyətində 40 oyuna çıxıb, 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice