BAKI, AzerVoice
Gedson Fernandes bu yay ayrılan "Beşiktaş"lı futbolçular sırasına qoşulur. Portuqaliyalı futbolçunun yeni ünvanı Rusiya olacaq.
AzerVoice xəbər verir ki, Portuqaliya mətbuatının xəbərinə görə, Beşiktaş Gedson Fernandesin qalan 50 faizini Benfikadan 10 milyon avroya alacaq.
“Ağ-qaralar” daha əvvəl portuqaliyalı futbolçunun transfer haqqının 50 faizini 6 milyon avro ödəmişdi. Beləliklə, Beşiktaş Gedson üçün Benfika'ya 16 milyon avroluq transfer haqqı ödəmiş olacaq.
“Ağ-qaralar” Qedsonun transfer haqqını tam əldə etdikdən sonra Moskvanın “Spartak” klubu ilə 20 milyon avroluq transfer haqqı və 5 milyon avro bonus qarşılığında razılığa gələcəkləri gözlənilir.
"Beşiktaş"da 131 matça çıxan Gedson Fernandes 18 qol vurub, 13 məhsuldar ötürmə edib.