Əsas səhifə » Türkiyə bələdiyyəsi sement satın alacaq

Türkiyə bələdiyyəsi sement satın alacaq

BAKI,AzerVoice

Trabzon Böyükşəhər Bələdiyyəsinin Yol Tikinti, Baxım və Təmir İdarəsi tərəfindən 10 min ton sement alımı üzrə tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sement məhsulları tenderin nəticələri açıqlandıqdan sonra 140 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 iyul 2025-ci il tarixinə qədər "Yalıncak Mahallesi Rize Caddesi No:10G 61030 - Ortahisar / Trabzon Ortahisar/Trabzon" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice