Əsas səhifə » "Beşiktaş" "Fənərbağça"nı öz meydanında məğlub edib - Trendyol Superliqası

"Beşiktaş" "Fənərbağça"nı öz meydanında məğlub edib - Trendyol Superliqası

BAKI, AzerVoice

Trendyol Superliqasının 34-cü turunda "Beşiktaş" "Fənərbağça"nı öz meydanında 1:0 hesabı ilə məğlub edib.

AzerVoice xəbər verir ki, oyunda yeganə qolu 44-cü dəqiqədə Gedson Fernandeş vurub. Eyni oyunçu 36-cı dəqiqədə penaltidən yararlana bilməmişdi.

Bu nəticədən sonra "Beşiktaş"ın xalı 55-ə yüksəlb. "Fənərbağça" isə 75 xalda qalıb və turnir cədvəlinin lider "Qalatasaray"dan 8 xal geridə qalıb.

Qeyd edək ki, "Qalatasaray" növbəti həftə Trabzonsporu məğlub edəcəyi təqdirdə çempionluğunu rəsmiləşdirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice