BAKI, AzerVoice
Yaponiyanın Hyogo prefekturasının Tanba şəhərində termometrlərin 41,2 dərəcəni göstərməsi ilə ölkə tarixində ən yüksək temperatur qeydə alınıb. Bu göstərici, 2018 və 2020-ci illərdə ölçülən və indiyədək rekord sayılan 41,1 dərəcəni geridə qoyub.
AzerVoice xəbər verir ki, kəskin istilər Yaponiyanın bir çox şəhərində öz təsirini göstərməkdə davam edir. Tanbada qeydə alınan 41,2 dərəcəlik temperatur, ölkə tarixində rəsmi olaraq ən yüksək səviyyə kimi qeyd alınıb.
Rəsmilər bildiriblər ki, ötən həftə ərzində isti hava ilə bağlı xəstəliklər səbəbilə ölkə üzrə 5 mindən çox şəxs xəstəxanaya yerləşdirilib.
Səlahiyyətli qurumlar istilərin bir neçə gün davam edəcəyini bildirərək əhalini günvurmaya qarşı tədbir görməyə, xüsusilə yaşlılar və uşaqların diqqətdə saxlanmasına çağırıblar.