BAKI, AzerVoice
Hücum xəttini gücləndirmək istəyən Fiorentina, Fənərbaxçadan ayrılan Edin Dzeko ilə Beşiktaşın hücumçusu Ciro Immobile arasında seçim etməyi planlaşdırır.
AzerVoice xəbər verir ki,A Seriyası klublarından olan Fiorentina, hücum xətti üçün Super Liqada tanınan iki qolçunu transfer siyahısında saxlayır.
İtaliya mətbuatının məlumatına görə, Fənərbaxçadan ayrılan və azad agent statusunda olan Edin Dzeko ilə Beşiktaşla hələ bir illik müqaviləsi olan Ciro Immobile Fiorentina klubunun yaxından izlədiyi oyunçular sırasındadır.
Corriere dello Sport qəzetinin xəbərinə əsasən, Fiorentina, İtaliyaya dönməyə müsbət baxan Immobile-yə artıq müqavilə təklif edib. Lakin Milan klubunun da təcrübəli futbolçuya marağının davam etdiyi bildirilir.
Immobile transferinin baş tutmaması ehtimalına qarşı ehtiyatlı davranan Fiorentina, Edin Dzeko-nu da yaxından izləyir. Dzeko-nun sərbəst statusda olması və gələn mövsüm üçün planlaşdırılan yeni oyun üslubuna daha uyğun hesab olunması, bosniyalı futbolçuya marağı artırır.
"Menekşeler" ləqəbli Fiorentina-nın bu iki futbolçudan birini heyətinə qatması gözlənilir.
Dzeko və Immobile-nin Türkiyə göstəriciləri
39 yaşlı Edin Dzeko, Fənərbaxçə ilə keçirdiyi iki mövsümdən sonra müqaviləsini tamamlayaraq komandadan ayrılıb. Ciro Immobile isə Beşiktaşda bir mövsüm keçirmiş təcrübəli hücumçudur və klubla bir illik daha müqaviləsi var.
Dzeko, Fənərbaxçə formasında iki mövsüm ərzində ümumilikdə 99 rəsmi oyunda çıxış edib. Bu matçlarda 46 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Immobile isə Beşiktaş forması ilə ötən mövsümdə 41 oyunda iştirak edib. 35 yaşlı hücumçu 19 qol vurub, 4 məhsuldar ötürmə verib.