Əsas səhifə » David Jurasek "Beşiktaş"ın 188-ci əcnəbi futbolçusu olub

David Jurasek "Beşiktaş"ın 188-ci əcnəbi futbolçusu olub

BAKI, AzerVoice

Beşiktaşın yeni transferi David Jurasek klubun 188-ci legioneri olub.

Beşiktaş, Portuqaliyanın "Benfika" klubundan Çexiya millisinin sol cinah müdafiəçisi David Yuraseki satın alma hüququ ilə icarəyə götürüb. Bu transferlə Yurasek, Beşiktaş tarixində transfer edilən 188-ci legioner kimi qeydə alınıb.

Beşiktaş, 1959-cu ildən başlayaraq 2025–2026 yay transfer dövrünə qədər 55 ölkədən ümumilikdə 187 əcnəbi futbolçu ilə müqavilə imzalayıb. Yurasek klubun bu yay mövsümündə etdiyi ilk transferdir.

Keçmiş "Benfikalılar" Beşiktaşda yenidən bir araya gəlir

David Yuraseklə yanaşı, Beşiktaş formasını geyinəcək digər keçmiş Benfika oyunçuları Portuqaliyalılar Rafa Silva, Joao Mario və Gedson Fernandes olacaq.

Beşiktaşın tarixindəki dördüncü çex futbolçu

David Yurasek, Beşiktaş tarixində forma geyinmiş dördüncü çex futbolçu oldu. Ondan əvvəl Tomas Zapotoçnı, Tomas Sivok və Tomas Yun bu komandada çıxış ediblər. Yurasek, 2008-ci ildə transfer olunan həmvətənləri Sivok və Zapotoçnının ardından 17 ildən sonra Beşiktaş formasını geyinən ilk çex oyunçudur.

Ən çox transfer Braziliyadan

Beşiktaş, 1959-cu ildən bu yana ən çox braziliyalı futbolçu transfer edib – ümumilikdə 24 nəfər. Almaniyadan 13, Portuqaliyadan isə 11 legioner transfer olunub.

Türk mənşəli legionerlər

Beşiktaşda başqa ölkə vətəndaşlığı daşıyan, lakin türk mənşəli 10 futbolçu da çıxış edib. Almaniya vətəndaşları Nejat Aygün, Mustafa Doğan, Tolqay Arslan və Can Bozdoğan; Avstriya pasportu ilə Ekrem Dağ, Vəli Kavlak, Ramazan Özcan və Tancu Kayhan; Polşa millisində oynamış Kaan Dobra və İsveçrə yığmasının sabiq üzvü Gökhan İnler bu futbolçular sırasındadır.


Digər Kateqoriyalar

2025 © Azervoice