BAKI,AzerVoice, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi Qahirədə misirli həmkarı Bədr Əbdülatti ilə görüşüb.
AzerVoice xəbər verir ki, Əraqçi, yüksək səviyyəli misirli rəsmilərlə danışıqlar aparmaq məqsədilə diplomatik nümayəndə heyətinə rəhbərlik edir.
Səfər çərçivəsində onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də ayrıca görüşü nəzərdə tutulur.
Tərəflərin müzakirələrinin əsas mövzularını ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər təşkil edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai səfər ərəfəsində açıqlayıb ki, Əraqçinin regional turu həmçinin Misir və Tunisi əhatə edir.
Nazir Qahirədə olduğu müddətdə həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru ilə də görüşərək İran–MAQATE əməkdaşlığına dair yeni çərçivə üzrə danışıqları yekunlaşdıracaq.