BAKI, AzerVoice, Səməd Əyyubov
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə yeni əməkdaşlıq çərçivəsinin hazırlanması üzərində işləyir.
AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi açıqlama verib.
Əraqçi Avropa üçlüyünə (Böyük Britaniya, Fransa və Almaniyaya - red.) işarə edərək bildirib ki, onların “snapback” mexanizmini işə salaraq İrana qarşı sanksiyaların bərpasına təşəbbüs göstərməsi ciddi səhvdir.
Xatırladaq ki, Avropa üçlüyü ötən ay bəyan etmişdi ki, İran nüvə sazişinə əməl etmədiyi və uranın zənginləşdirilməsi üzrə müəyyən olunmuş hədləri illərdir aşdığı üçün sanksiyaların tətbiqi mexanizmi yenidən aktivləşdirilib.
“Snapback” mexanizmi 2015-ci ildə İranla Qərb ölkələri arasında imzalanmış nüvə sazişində nəzərdə tutulur. Bu müddəaya görə, sazişin vaxtı bu ilin oktyabrında başa çatdıqda, BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalar avtomatik şəkildə bərpa olunacaq.