#İkitərəfli münasibətlərin inkişafı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu” çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 2025-ci ilin BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forumda iştirak edən Ərdoğan, Aşqabaddakı ikitərəfli təmaslarını davam etdirir.

Kreml Administrasiyası Rusiya Prezidenti Vladimir Putinin bu həftə Türkmənistana rəsmi səfər edəcəyini və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını açıqlayıb. Məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb. Onun sözlərinə görə, Putin 12 dekabrda Aşqabadda olacaq və “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” forumunda iştirak edəcək.

Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahında Təşkilatın prezidenti Aktotı Raimkulova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri cənab Rüfət Mahmud arasında görüş keçirilib. Görüş zamanı tərəflər Türk dünyasının mədəni irsinin qorunması, idarə olunması və təbliği sahəsində mövcud tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə “İçərişəhər”in zəngin tarixi irsi, UNESCO Dünya İrsi Siyahısında yer alması və bu irsin daha geniş beynəlxalq auditoriyaya çatdırılması üçün həyata keçirilə biləcək birgə layihələr diqqət mərkəzində olub.

BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatdı.

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir. Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edəcək. Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunacaq.