BAKI, AzerVoice, Səməd Əyyubov
İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı təşkil etdiyi hücumdan sonra İsraildən Türkiyəyə qarşı təhdid xarakterli açıqlamalar səsləndirilib.
AzerVoice-un məlumatına görə, tez-tez Türkiyə əleyhinə açıqlamalar verən israilli jurnalist, İvrit Universitetinin müəllimi Meir Masri sosial şəbəkədə paylaşım edib.
Paylaşımda “Bugün Qətər, sabah Türkiyə”, - deyə qeyd olunub və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyyənin fotosu yer alıb.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının HƏMAS-dakı mənbələrə istinadən verdiyi məlumata görə, Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti İsrailin Dohaya təşkil etdiyi sui-qəsd cəhdindən xilas olub.