İqtisadiyyat nazirinin müavini D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iştirak edib.
#Qahirə
Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.
“HƏMAS” hərəkatı başda olmaqla səkkiz fələstinli fraksiya bu həftə Qahirədə keçiriləcək görüşdə Qəzza zolağında keçid idarəçiliyi modelinə dair razılıq əldə etməyə çalışacaq.
Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.
Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.
Misirin xarici işlər naziri Bədr Əbdül-Əti bu gün (bazar günü) ABŞ-ın CBS News telekanalına verdiyi müsahibədə bildirib ki, Qəzzanın gələcəyi ilə bağlı yekun və hərtərəfli həll Fələstin dövlətinin yaradılması olacaq. O vurğulayıb ki, Fələstin məsələsi həll olunmadan regionda nə sülh, nə də sabitlik mümkündür.
Fələstinli HƏMAS hərəkatının nümayəndə heyəti bazar günü Misirin paytaxtı Qahirəyə çatacaq, burada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsraillə dolayı danışıqlar aparılacaq. Görüşlərin məqsədi ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının icra detalları üzərində razılığa gəlməkdir.
Azərbaycanlı tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi - mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.
Misir ərəb dövlətlərinin dəstəyini alaraq xarici təcavüzdən müdafiə məqsədilə NATO-ya bənzər hərbi ittifaq yaratmağı planlaşdırır. Məlumata görə, Qahirə ittifaqda lider mövqeyini tutmaq üçün təqribən 20 min hərbçisini birgə orduya daxil etməyi təklif edib. İkinci ən böyük kontingentin Səudiyyə Ərəbistanına, üçüncü yerin isə Körfəz ölkələrindən birinə ayrılması nəzərdə tutulur.
İranın xarici işlər naziri Abbas Əraqçi Qahirədə misirli həmkarı Bədr Əbdülatti ilə görüşüb. Əraqçi, yüksək səviyyəli misirli rəsmilərlə danışıqlar aparmaq məqsədilə diplomatik nümayəndə heyətinə rəhbərlik edir. Səfər çərçivəsində onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də ayrıca görüşü nəzərdə tutulur.
Eyni zamanda Misir başa düşür ki, İsrail bu sazişi siyasi təzyiq vasitəsinə çevirə bilər, amma müqavilənin dayandırılması Təl-Əvivə də ciddi zərbə vuracaq. Çünki İsrail qazını mayeləşdirmək üçün hazır infrastruktur yalnız Misirdə mövcuddur, ölkə daxilində yeni zavodların inşası isə həm baha başa gələcək, həm də uzun zaman tələb edəcək.