Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    ABŞ qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, İran da buna hazır olacaq - Əraqçi

    6 Sentyabr 2025 21:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-la danışıqlar vasitəçilər üzərindən davam edir və Vaşinqton qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, Tehran da buna hazır olacaq.

    AzerVoice xəbər verir ki, nazir bu fikirləri “İranın azad və ticarət zonalarında imkanlar və investisiya fürsətləri” adlı milli konfransda çıxışı zamanı səsləndirib.

    Əraqçi qeyd edib ki, ölkə çoxşaxəli sanksiyalarla üz-üzədir və bu, xalqın həyatına ciddi təsir göstərir. Lakin onun sözlərinə görə, vəziyyəti “axır zaman” kimi qələmə vermək düzgün deyil:

    “Bəli, təsirləri var, amma nə onları görməzdən gəlmək, nə də şişirtmək olar. Doğru yol reallığa əsaslanmaqdır.”

    Nazir əlavə edib ki, bütün problemlər xarici amillərdən qaynaqlanmır, daxildə də çatışmazlıqlar mövcuddur. Onun sözlərinə görə, investorların xidmətlərə ehtiyacı var, bu sahədə ciddi boşluqlar qalmaqdadır, iqtisadi müharibə şəraiti də müəyyən məhdudiyyətlər yaradır. Əraqçi vurğulayıb ki, hökumətin əsas vəzifəsi həm xarici təzyiqlərə qarşı davamlılığı artırmaq, həm də investisiyalara əlverişli şərait yaratmaqdır.

    O, İranın dünya ticarət yollarının qovşağında yerləşdiyini, az sayda ölkəyə məxsus üstünlüklərə malik olduğunu qeyd edib. Sanksiyalara baxmayaraq, ölkəyə səfərlər və danışıqlar davam edir, iqtisadi imkanlar isə geniş olaraq qalır. Xarici İşlər Nazirliyi diplomatiyanı iqtisadi inkişafın xidmətinə yönəltməyi qarşıya məqsəd qoyub. Bu çərçivədə hər bir azad zona üzrə xüsusi xarici siyasət əlavəsinin hazırlanacağı, həmin bölgələrin xaricdə hansı nümayəndəliklər tərəfindən dəstəklənəcəyi və beynəlxalq tədbirlərdə hansı formatda təmsil olunacağı müəyyən ediləcək.

    Əraqçi bildirib ki, məqsəd azad zonalarla diplomatiya orqanları arasında üzvi əlaqə yaratmaqdır. Bu məqsədlə səfirliklərə iqtisadi fürsətləri müəyyənləşdirmək və maneələri aradan qaldırmaq tapşırılacaq.

    Nazir əlavə edib ki, Xarici İşlər Nazirliyinin əsas missiyalarından biri də sanksiyaların aradan qaldırılmasıdır. Bu istiqamətdə yeni hökumət dövründə danışıqlar planlaşdırılıb və beş raund keçirilib. O, altıncı raunddan öncə baş vermiş hərbi hücuma və ardınca ABŞ-ın da prosesə qoşulmasına toxunaraq deyib: “Şəhidlərin qanı axarkən danışıqlara əvvəlki şərtlərlə dönə bilmərik.”

    Əraqçi əlavə edib ki, bundan sonra danışıqlar yeni şərtlər nəzərə alınaraq aparılacaq.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İran #ABŞ #sanksiya #sanksiyalar paketi #sanksiyalar #Abbas Əraqçi #İran sanksiyalar #İqtisadi sanksiyalar #Beynəlxalq danışıqlar #İran sanksiyaları #sanksiya siyahısı #danışıqlar #dolayı danışıqlar #İran ABŞ danışıqları #İran sanksiyaları 2025 #İran sanksiyaların qaldırılması #İran sanksiyalarla bağlı danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.