BAKI, AzerVoice, Nərmin Ağayeva
Avstriyanın Tehrandakı səfirliyi İrandakı konsulluq xidmətlərini dayandırıb.
AzerVoice xəbər verir ki, səfirlik yayımladığı açıqlamada “aşılmaz maneə yaradan vəziyyət“ səbəbindən konsulluq xidmətlərinin növbəti xəbərdarlığa qədər dayandırıldığını bildirib.
Açıqlamada “aşılmaz maneə”nin mahiyyəti və səbəbləri barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Avstriyanın Tehrandakı səfirliyi ölkədə fəaliyyət göstərən Avstriya vətəndaşlarına konsulluq məsələləri ilə bağlı növbəti rəsmi xəbərdarlığa qədər xidmət təqdim etməyəcək.