Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İran husilərə kimyəvi silah istehsalında kömək edir - Yəmən rəsmisi

    5 Sentyabr 2025 20:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Yəmən hökuməti bu gün İranı husilərin nəzarətində olan bölgələrə dəfələrlə zəhərli qazlar və kimyəvi silah istehsalında istifadə olunan maddələri qaçaqmalçılıq yolu ilə göndərməkdə ittiham edib.

    AzerVoice xəbər verir ki, hökumətin açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri Yəməndə beynəlxalq miqyasda qadağan olunmuş bu silahların istehsalına yönəlmiş zavodun yaradılmasına birbaşa nəzarət edirlər.

    Yəmən informasiya naziri Muammar əl-İryani bildirib ki, etibarlı mənbələr husilərin artıq həmin ölümcül maddələri hazırlamağa və onları ballistik raketlərə, həmçinin pilotsuz uçuş aparatlarına yerləşdirməyə başladığını təsdiqləyib. Nazir vurğulayıb ki, beynəlxalq hüquqla qadağan olunmuş silahların husilərin arsenalına daxil edilməsi yalnız ballistik raketlər və dronlarla məhdudlaşmır, bu, həm bölgə, həm də dünya üçün mülki insanların həyatını təhdid edən “fəlakətli ssenarilər” yaradır.

    Əl-İryani əlavə edib ki, İranın müdafiə naziri son açıqlamasında ölkəsinin müxtəlif dövlətlərdə hərbi infrastruktur və silah zavodları qurduğunu açıq şəkildə etiraf edib. Bu isə Yəmən hökumətinin Tehranın öz hərbi proqramının bir hissəsini husilərin nəzarətindəki bölgələrə köçürmək cəhdləri ilə bağlı dəfələrlə səsləndirdiyi xəbərdarlıqlarla üst-üstə düşür. Onun sözlərinə görə, İran layihəsi Yəmən ərazilərini gizli laboratoriyalara çevirməklə zəhərli, kimyəvi və bioloji maddələrin istehsalı və sınağına, həmçinin SEPAH üçün strateji baza yaradılmasına xidmət edir.

    Nazir qeyd edib ki, husilərin Yəmənin bir hissəsinə, xüsusilə də sahil bölgələrinə nəzarəti davam etdirməsi getdikcə daha böyük təhlükə yaradır. O, BMT-ni, Təhlükəsizlik Şurasını, Kimyəvi Silahların Qadağan olunması Təşkilatını və bütün beynəlxalq tərəfləri bu qanunsuz fəaliyyətləri dayandırmaq, kimyəvi maddələrin qaçaqmalçılığını araşdırmaq və müvafiq tədbirlər görmək üçün təcili addımlar atmağa çağırıb.

    Əl-İryani həmçinin beynəlxalq ictimaiyyəti legitim Yəmən hökumətinə real dəstək göstərməyə, dövlətin bütün ərazilərinə nəzarəti bərpa etməsinə kömək etməyə dəvət edib. Onun sözlərinə görə, bu, yalnız Yəmənin deyil, həm də bölgənin və ümumilikdə dünyanın təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət daşıyır.

    #İran #kimyəvi maddə #Yəmən #Tehran #Husilər #kimyəvi silah ehtiyatları #Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) #Muammar əl-İryani #Yəmən hökuməti #zərərli maddələr #kimyəvi silah istehsalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 444 milyon dolları keçib (ÖZƏL)

    7 Noyabr 2025 12:49

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Türkiyənin kimyəvi maddə ixracı 26 milyard dolları keçib (ÖZƏL)

    6 Noyabr 2025 09:22

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 15:00

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    1 Noyabr 2025 10:25

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

    Fələstinin dövlət başçısı Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

    Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib

    Ərdoğan Azərbaycana gəlir

    Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

    Yaşar Gülər Azərbaycana gəlib

    Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

    Milli Qəhrəmanlar Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.