Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran iki aylıq susqunluqdan sonra yeni əməliyyatlar komandanının adını açıqladı

    6 Sentyabr 2025 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İran, iki aydan artıq davam edən gizlilikdən sonra yeni əməliyyatlar komandanının adını rəsmi şəkildə elan edib.

    AzerVoice xəbər verir ki, məlumata görə, general Əli Abdullahiy əməliyyatların yeni rəhbəri təyin olunub. İranın ali rəhbəri Əli Xamenei imzaladığı fərmanla onu Baş Qərargah rəisinin müavini və birgə əməliyyatlar komandanı vəzifəsinə gətirib.

    İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generallarından sayılan Abdullahiy, açıqlamasında silahlı qüvvələrin ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq üçün tam hazırlıq vəziyyətində olduğunu bildirib.

    “Ordumuz son müharibədən əvvəlkindən daha güclü və hazırdır.”-deyə SEPAH açıqlamasında bildirilir.

    İsrail mənbələrinin məlumatına görə, Abdullahiynin təyinatı əslində 2 iyulda reallaşdırılıb.

    Xatırladaq ki, əvvəlki əməliyyatlar komandanı, general Qülam Əli Rəşid, İsrailin 13 iyunda başlatdığı hücumun ilk saatlarında həlak olmuşdu. Onun yerinə gətirilən general Əli Şadmani isə müharibənin dördüncü günündə həyatını itirmişdi.

    Beləliklə, 12 gün davam edən müharibənin ardından İran hərbi rəhbərliyində ciddi dəyişikliklər baş verib və Abdullahiyin təyinatı ilə əməliyyatlar rəhbərliyi rəsmən bərpa olunub.

    #İran #Ayətulla Seyid Əli Xamenei #SEPAH #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #Abdullahiy #Qülam Əli Rəşid #Əli Şadmani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 15:00

    İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

    1 Noyabr 2025 10:25

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45

    İranla diplomatik əlaqələr vacibdir - Slovakiya

    31 Oktyabr 2025 12:45

    Kərrubi İranı Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham etdi

    31 Oktyabr 2025 11:42

    Tehran, Vaşinqtonun nüvə silahı sınaqlarını bərpa etməsini “geriyə dönüş və məsuliyyətsiz addım” adlandırdı

    31 Oktyabr 2025 11:34

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    30 Oktyabr 2025 12:30
    Demo
    XƏBƏR LENTİ

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    Bu gün Rusiyada bolşevik qiyamı oldu

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    Bu gün Linkoln prezident seçildi

    Tarixdə bu gün - 6 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

    Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.