Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Ensiklopediya

    Yoqa nədir?

    6 Sentyabr 2025 19:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yoga – bəzi ilahi bilgilər və bacarıqlar qazandıraraq insanı qurtuluşa çatdırdığına inanılan – Hindu, Buddist və Caynist/Jainist təlimlərinin ən əsas anlayış və texniklərindən biridir.
    Hinduizmdə altı ortodoks düşüncə/inanc axınından (āstika) biri sayılan yoga, Buddizm və Caynizmdə daha dar işlənmə çərçivəsində zehni meditasiya/yoğunlaşma üçün vasitəçi bir metod kimi qəbul edilir. Yoga, Orta əsrlərdə İslam təsəvvüfündəki bəzi tətbiqləri, müasir dövrlərdə isə populyar bir sıra dini hərəkatları təsirləyə biləcək qədər güclü bir mədəniyyətin formalaşmasına töhfə vermişdir.
    Sanskrit ədəbiyyatında yoga edən şəxsə yogi/yoginî deyilir. Yoga sözü “bağlamaq, birləşdirmək; öküzə boyunduruq vurmaq” mənasında Sanskritcə yuj kökündən gəlir. Bu kök bu gün Qərb dillərində, məsələn, ingilis dilində eyni kökdən gələn və “öküzə boyunduruq taxmaq” mənasını bildirən yoke sözündə hələ də yaşayır.
    E.ə. II əsrdə yoganın əsas qaynağı olan Yoga Sutrada bu söz ilk dəfə “tanrı ilə insanı bir-birinə bağlamaq” mənasında abstrakt şəkildə işlənmişdir. Yoga Sutradan əvvəlki ədəbiyyatda (Upanişadlar, Gita) söz zehni yoğunlaşma və münzevilərə aid bir hal kontekstində istifadə olunsa da, klassik mənasına Yoga Sutra ilə qovuşmuşdur.

    Bir tərəfdən inanc və fəlsəfi xüsusiyyətlərə (mokşaya, yəni qurtuluşa aparan yol, proses), digər tərəfdən bədən məşqlərinə (ruhu nəzarət altına almaq üçün bədəni nəzarət altına alma əməli) sahib bir sistem kimi yoganın mənşəyi dəqiq bilinmir.
    Mohenco-Daro və Harappa kimi tarixqədərki Hind mədəniyyətinə aid arxeoloji qazıntılarda tapılan möhür basqılarında yoga pozasına bənzər şəkildə oturan fiqurların yoganın Hindistanda e.ə. 3000-ci illərə, hələ Hinduizmin formalaşmadığı dövrlərə getdiyini düşünən tədqiqatçılar varsa da, bunun əksini irəli sürən çox sayda alim də mövcuddur.
    Bununla belə Şramana adı ilə tanınan səyyar münzevilərin təcrübə etdikləri bəzi zehni və ruhi psixoloji fenomenlərin (tapas) yoganın yaranmasına mənbəlik etdiyi yönündə ümumi bir qəbul var. Yəqin ki, Buddizmin ortaya çıxışından (təx. e.ə. VI əsr) əvvəl Hindistanda sistemsiz bir yoga icra edilirdi. Buddizm və Caynizmin zühurundan etibarən yoganı aydınlanma prosesində meditasiya vasitəsi sayması və bir sistemə qovuşdurması Hinduizmi də bu istiqamətdə təsirləmişdir. Lakin günümüzdə tanındığı anlamı ilə yoga daha çox Hinduizm daxilində inkişaf edib yayılmışdır.

    #Caynizm nədir? #Yoqa nədir? #Yoqa #Hindu #Buddist #Caynist #Jainist #Upanişadlar #Gita #Mohenco-Daro #Harappa #Hind #Şramana #Buddizm #Caynizm
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    1 Fevral 2026 21:05

    İran mifologiyasında Pirzən Marku nədir?

    20 Dekabr 2025 18:00

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    SQL nədir və necə yarandı? – Sadə dildən peşəkar tarixə səyahət

    15 Noyabr 2025 20:00

    İran Mifologiyasında Agaş Div nədir?

    25 Oktyabr 2025 18:00

    Magiya nədir ?

    4 Oktyabr 2025 11:00

    Həşişilik nədir?

    21 Sentyabr 2025 12:53

    Fələk nədir?

    20 Sentyabr 2025 12:33

    Yoqa nədir?

    6 Sentyabr 2025 19:20

    Sikkə Nədir?

    23 Avqust 2025 18:50

    Daosizm Nədir?

    2 Avqust 2025 19:20

    Caynizm nədir?

    5 Fevral 2024 04:44
    Demo
    XƏBƏR LENTİ

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.