Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyəni terror bəlasından xilas edəcəyik - Ərdoğan

    6 Sentyabr 2025 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyəni terror bəlasından xilas edəcəyik.

    AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib.

    “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.

    Dövlət başçısı əlavə edib ki, PKK terror təşkilatı Suriyadakı qolu vasitəsilə müxtəlif təxribatlar törədir.

    “Təşkilat Suriyadakı qollarına dəstək verir və təxribatlar həyata keçirir. Əllərində olan bütün vasitələri işə salırlar. Məqsədləri aydındır - ‘Terrorsuz Türkiyə’ prosesini ləngitmək. Amma bilmədikləri bir şey var: biz çox təcrübəliyik, qurulan tələlərə düşməyəcəyik. Addım-addım irəlilədiyimiz prosesi hədər verməyəcəyik. Terrorçular arzularına heç vaxt çata bilməyəcəklər” - deyə, o vurğulayıb.

    Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

    PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

    MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

    Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

    "Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #PKK #PKK terror təşkilatı #terror aktı #terrorçu #terror #terror üzvləri #terrorizm #PKK terrorçuları #Suriyada terrorla mübarizə #Terrorçuların zərərsizləşdirilməsi #Terrorçuluğa qarşı mübarizə #Terror təşkilatı #Terror fəaliyyətləri #Türkiyə ərazilərində terror #Türkiyənin terrorla mübarizədə son addımları #SDQ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    13 Dekabr 2025 14:10

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb

    Türkiyədən Qətərə polad ixracı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.