BAKI, AzerVoice, Səməd Əyyubov
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün 16-cı mərhələsi olan İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
AzerVoice xəbər verir ki, yarışlar Montsa avtodromunda keçirilir.
Liderlərin ilk üçlüyünə həmçinin “McLaren” komandasının üzvləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri də daxil olublar.
Qeyd edək ki, əsas yarış sentyabrın 7-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.