BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin Balıkesir vilayətində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saatv 21:14-də (Bakı vaxtı ilə saat 22:14-də) baş verib. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.