BAKI, AzerVoice, Fərid Mikayılov
İran xarici işlər naziri Seyyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın mesajını Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təqdim edib.
AzerVoice xəbər verir ki, Əraqçi cümə axşamı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
Tərəflər xüsusilə Fələstindəki vəziyyətə diqqət çəkərək, işğal olunmuş ərazilərdə İsrail rejiminin davam edən soyqırımının dayandırılması üçün beynəlxalq ictimaiyyətin və region ölkələrinin qətiyyətli addımlar atmasının zəruriliyini vurğulayıblar.
Görüşdə həmçinin cinayətlərin məsuliyyət daşıyanlarının ədalət qarşısında cavab verməsi və İsrailin siyasətlərinə qarşı ciddi mübarizənin vacibliyi qeyd olunub.