Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İranda zənginləşdirilmiş uran ehtiyatı 10 nüvə bombası istehsalına yetərli ola bilər – BAEA

    3 Sentyabr 2025 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İranın silah istehsalı səviyyəsinə yaxın – 60 faiz zənginləşdirilmiş uran ehtiyatı İsrailin iyunun 13-də nüvə obyektlərinə hücumundan əvvəl bir qədər artıb.

    AzerVoice xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) gizli hesabatında məlumat verilib.

    Agentliyin üzv dövlətlərə göndərdiyi rüblük sənəddə bildirilir ki, 13 iyun tarixinə olan qiymətləndirməyə əsasən, İranın sentrifuqalarda daha da zənginləşdirilə bilən uran heksaflorid formasında 60 faiz dərəcəli zənginləşdirilmiş uran ehtiyatı 440,9 kiloqram təşkil edib.

    Hesabatda vurğulanır ki, bu miqdar uran zənginləşdirmə səviyyəsi artırılacağı halda 10 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər.

    BMT-yə bağlı agentlik İranın İsraillə müharibədən sonra əməkdaşlığı dayandırmasından təəssüfünü bildirib və yoxlamaların tezliklə bərpa edilməsinə çağırıb.

    BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı ən son məlumat iyun ayında, İsrailin hücumlarından əvvəl əldə olunub. O əlavə edib: “Ümumi qiymətləndirmə belədir ki, yüksək dərəcədə zənginləşdirilmiş uran hələ də mövcuddur.”

    Hesabatda qeyd olunub ki, İsraillə müharibə İranın nüvə obyektlərinə beynəlxalq nəzarət fəaliyyətlərinə ciddi təsir göstərib. Təhlükəsizlik səbəbindən bütün MAQATE inspektorlarının ölkədən çıxarılmasına zərurət yaranıb. “İranın bundan sonra əməkdaşlığı dayandırması isə olduqca təəssüf doğurur” – deyə, sənəddə bildirilib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #MAQATE #AEBA #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.