Əsas səhifə » İbadilik nədir?

BAKI,AzerVoice

İbadilik Abdullah b. İbadın (ö. 64/683) əsasını qoyduğu və bu günə qədər varlığını davam etdirən xariciyyə (xəvaric) təriqətidir. Adı quruluşşusu olan Abdullah b. İbaddan götürülüb.

Bu firqəyə Şimali Afrika və Omanda Ebaziyye (الإباضية) də deyilir.

Tarixən ibadilər Əməvilərə qarşı mötədil siyasət aparırdılar. Bu səbəbdən Əməvi hökmdarları onlara qarşı zorakılıq etmirdilər.

Onlar Bəsrə, Hicaz, Yəmən, Oman, Şimali Afrika, Şərqi Afrika və Sudanda böyük qruplar halında varlıqlarını davam etdirirlər.

Ən mötədil xəvaric firqəsi olan İbadilərin ümumi fikirləri belədir: Dövlət başçısının təyin edilməsi dini bir vəzifədir və xəlifənin Qureyş qəbiləsindən olması vacib deyil. Lazım olan şərtlərə cavab verən hər kəs xəlifə ola bilər. Yaxşılığı əmr edib, pislikdən çəkindirmək müsəlmanların ən əsas vəzifələrindəndir.

İbadilərə görə, iman, iman; Etiqad ediləcək şeyləri sözlə ifadə etmək, inandıqlrına əməl edərək, sünnəyə itaət etməkdir.

Fərzlərdən birini yerinə yetirməyən şəxsin imanı məhv olar. Günahkar insanlar üçün axirətdə şəfaət olmayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice