Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    Dünyanın Altı Gündə Yaradılması: Quran və Təfəkkür İşığında

    3 May 2025 10:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Qurani-Kərimdə Allah-Təala Yeri, göyləri və onların arasındakıları altı gündə yaratdığını bildirir:

    • “And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.” (Qaf, 38)
    • “O, göyləri, yeri və onların arasındakıları altı günə yaratdı, sonra Ərşə hakim oldu.” (Furqan, 59)

    Buradakı “gün” (يوم) ifadəsi bəzən bizim bildiyimiz 24 saatlıq dövrü, bəzən isə sadəcə bir mərhələni və uzun bir zaman kəsiyini bildirə bilər. Çünki həmin vaxtda hələ Günəş və Yer sistemləri tam formalaşmamışdı.

    Alimlər bildirirlər ki:

    • Bu altı gün, bizim bildiyimiz günlərdən fərqli, yaradılışın müxtəlif mərhələlərini ifadə edən zaman dilimləridir.
    • Mühüm olan məqam zamandan çox yaradılışdakı mərhələlilik prinsipi və təmkin anlayışıdır.

    Kainatın yaradılışında mərhələlərə riayət edilməsi Allahın yaratma adətindən (Sünnətullah) biridir. Necə ki, bir toxumun ağaca çevrilməsi illərlə davam edən mərhələ-mərhələ bir prosesdir, insan da ana bətnində, doğulduqdan sonra dünyada və öldükdən sonra diriliş mərhələlərində inkişaf edir.

    Qurani-Kərim insanın yaradılışını belə təsvir edir:

    • Torpaqdan yaradılış (Sad, 71-72)
    • Ana bətnində nütfə, laxta qan, bir parça ət və sümüklə formalaşma mərhələləri (Muminun, 12-14)
    • Körpəlikdən qocalığa qədər dünya həyatında inkişaf mərhələləri (Ğafir, 67)

    Ölüm sonrası diriliş də yenidən su və torpaq vasitəsilə mərhələli olacaq (Qaf, 11; Bəqərə, 259).

    Hikmət nədir?
    Allah bir şeyə "Ol!" desəydi dərhal olardı (Yasin, 82). Lakin mərhələli yaradılış, insanlara işləri tələsmədən, təmkinlə, plana uyğun şəkildə yerinə yetirməyi öyrətmək üçündür. Necə ki, bir bina tikilərkən mərhələ-mərhələ və qaydalara riayət edilərək tikilir.

    Məna və dərs:

    • Görülən işlərdə səbirlə, ardıcıllıqla və müdrikliklə hərəkət edilməlidir.
    • Ən gözəl əməli görmək üçün tələskənlikdən uzaq olmaq lazımdır.
    • Hər işdə əvvəl plan qurmaq, elm toplamaq, məsləhətləşmək və Allaha təvəkkül etmək əsas şərtdir.

    Çünki Rəbbimiz deyir:

    “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl sahibi olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur...” (Hud, 7)

    #Sual-cavab #İslam irsi #Quran surəsi #Quran-Kərim #Qurani-Kərim #Allahın təqdiri #Quran təfsiri #Azərbaycan İslam ensiklopediyası #İslamda ilk yaradılan varlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    İslam məzhəbləri tarixində vasililik cərəyanı nədir?

    10 Yanvar 2026 13:34

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    21 Dekabr 2025 14:23

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12
    Demo
    XƏBƏR LENTİ

    Eduard Bernays qadınları siqaretə necə yönəltdi?

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.