BAKI, AzerVoice
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatına qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir sosial media üzərindən verdiyi açıqlamada bildirib ki, saxlanılan şəxslərin bəziləri İŞİD terror təşkilatının üzvüdür, təşkilatın təbliğatını aparıblar və onunla əlaqəli sözdə yardım qurumlarına maliyyə dəstəyi göstəriblər.
Əməliyyatlar Ankara və İstanbul da daxil olmaqla 14 vilayəti əhatə edib. Yerlikaya qeyd edib ki, əməliyyatlar zamanı çox sayda təşkilata məxsus sənəd və rəqəmsal materiallar da ələ keçirilib.
Nazir Yerlikaya açıqlamasında qeyd edib ki, “Terrorla mübarizəmiz təkcə hüquq-mühafizə orqanlarının sahə əməliyyatları ilə məhdudlaşmır. Bu mübarizə təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlıq elementlərini özündə birləşdirən çoxşaxəli dövlət refleksi üzərində qurulub.”